Dil:
Azərbaycanca
Psixi problemlərə qarşı qida mübarizəsi
19 Oktyabr 2018 7106Rasionumuzda bəzi komponentlərin çatışmazlığı fizioloji problemlərlə yanaşı, bəzi psixi problemlərə də səbəb ola bilər. Bu postda qidanın insan psixikası ilə əlaqəsindən danışılacaq.
İnsan psixikasında tənzimləyici rolunda çıxış edən əsas maddələr maqnezium, omeqa-3 qrupundan olan piy turşuları və B qrup vitaminlərdir.
Gündəlik acı şokolad, boranı tumları, qoz və badam yeməklə, maqnezium normasını almaq olar.
Maqneziumun normada olması çox vacibdir - elementin defisiti stress artıqlığı yaradır, orqanizmin bu neqativ halla mübarizə qabiliyyətini isə azaldır.
Bu komponent yuxuya da təsir edir. Belə ki, maqneziumun çatışmazlığı bəzən yuxunu pozur, bu isə hormonal fona pis təsir göstərir, kartizol səviyyəsini artırır. Kartizolun izafiliyi stres və əsəbiliyi daha şiddətləndirir.
Kliniki tədqiqatlar göstərir ki, omeqa-3 qrupundan olan piy turşuları şizofreniya və digər psixi xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.
Rasionu omeqa-3-lə zənginləşdirmək üçün kətan toxumları və ya bu bitkinin yağından, yağlı dəniz balığından və yumurtadan istifadə etmək tövsiyə olunur.
B qrup vitaminlərinin də psixi sağlamlıqda özünəməxsus yeri var. Belə ki, bu qrupdan olan vitaminlər təşviş və yorğunluğu aradan qaldırır, əhvalın yaxşılaşması və stresə davamlılıq baxımından faydalıdır.
Qaraciyər, qarabaşaq, qoz, qarğıdalı, kartof, tər meyvə-tərəvəz, yumurta, badam, paxlalılar, kəsmik, kələm, ət, göbələk və ispanaq B qrup vitaminləri ilə daha zəngindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1