Dil:
Azərbaycanca
Panik atak haqqında bilmədikləriniz
16 Mart 2018 7725Panik atak anidən yüksələn stress ya da qorxu ilə gələn psixoloji problemdir. Xüsusilə gündəlik həyatda yaşanılan çətinliklər bu krizlərin daha da artmasına səbəb olur.
Günümüzdə hər 10 nəfərdən birinin ömründə ən az bir dəfə panik atak krizi keçirir. İnkişaf etmiş ölkələrdə isə bu daha çox baş verir. Qadınlarda kişilərə görə daha çox müşahidə edilir.
Bu hələ də tibbi cəhətdən təsdiqini tapmayıb. Ancaq ailədə bu halların yaşanması da öz təsirini verə bilər.
Ürək döyüntüsü, titrəmə, soyuq tərləmək, nəfəs darlığı, boğulma hissi, həzmsizlik, bulantı, baş dönməsi, uyuşma krizin əsas əlamətləridir. Bunlardan ən az dördü eyni zamanda baş verirsə, panik atak keçirirsiniz demək olar. Hər krizdə eyni əlamətlər eyni müddətdə görünməyə bilər.
Əlamətlər insandan – insana dəyişir. Bu bir insan üçün 1 saat ərzində başlayıb bitə bilər.
Bəzi insanlar infarkt və ya öləcəklərini düşünə bilərlər. Bu düşüncələr krizin böyüklüyünə görə dəyişə bilər.
Keçirilən krizlər infarkta səbəb olmaz. Ancaq keçirilən hər kriz insan üçün işgəncə halına çevrilə bilər.
Özünüzü qorumaq üçün sakit olmalısınız. Bu tərz narahatçılıqların hər kəsin başına gələ biləcəyini düşünə bilərsiniz. Uyğun dərman və ya müalicə ilə bu krizləri nəzarət altına ala bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1