Dil:
Azərbaycanca
Paket çaylardan istifadə zərərlidir?
16 Mart 2018 6656Paket çaylar, dəmləmə rahatlığı ilə insan üçün daha əlverişlidir. Həm rəngi, həm də dadı digər çaydan seçilmir. İnsanın gündəlik işlərini asanlaşdırır.
Türkiyəli mütəxəssislər bu barədə məlumat yayıblar.
Paket çaylarda istifadə edilən torbanın xam maddəsi bildiyimiz kağız deyil. Bəzilərinin yalan dediyi kimi plastik və ya xərçəng yaradan maddərlərdən də hazırlanmır. Çayların olduğu torbalar banan ağacı növü olan Abala adlı ağacın yarpaqlarının qalın saplarından əldə edilən liflərdən hazırlanır. Torbaların 100-də 90-nı Filippində hazırlanır. Torbaların rəngini dəyişmək üçün istifadə edilən maddələr də zərərli deyil və qalıntı saxlamaz.
Paket çaylar ilk dəfə satışa çıxdığı zaman ip qismini kağızdan asmaq üçün simlərdən istifadə edilirdi. Son illərdə belə çaylar da azalıb.
Ancaq yenə də buna diqqət göstərməlisiniz. Belə növ paket çaya rastlasanız əsla istifadə etməyin. Çünki simli bağlantılar suya girdiyi zaman zərərli olur. Keyfiyyətli çay markaları sözügedən torbalardan istifadə edir. Bu səbəbdən bilinən markalardan çay almağınız tövsiyə edilir.
Qeyd edək ki, mütəxəssislər plastik qabda çay içməyi tövsiyə etmir. Çünki isti çay stəkandakə kimyəvi maddələrlə reaksiyaya girir və təhlükəli hal alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1