Dil:
Azərbaycanca
Uşaqlarda gecə yaranan öskürəyə diqqət edin
19 Fevral 2018 25352Körpə uşaqların xəstələnməsi bəzən daha ağır olur. Səbəb isə xəstəliklərin yaranma səbəbini aşkar etməkdə yaranan çətinlikdir. Xüsusilə son zamanlar uşaqlarda öskürmək halları daha çox baş verir. Əksər valideyn həkimə məhz bu səbəbdən müraciət edir. Öskürək uşağın yuxu rejimini pozaraq ona mənfi təsir göstərir. Türkiyəli pediatr Emre Cenesiz körpələrdə yaranan öskürəkdən bəhs edib. Onun sözlərinə görə, əgər öskürəklə yanaşı qidalanmada da problem yaranarsa, qızdırma qalxarsa, nəfəs almaqda çətinlik baş verərsə bu zaman təcili tədbir görülməlidir.
Həkimin sözlərinə görə, xırıltının səbəblərindən biri bronxlarda yaranan tıxanmadır. Hava axını sərbəst dövran etmədiyindən xırıltı və ya səsin dəyişilməsi halları müşahidə edilir.
Xırıltılı nəfəs almaq həmçinin bir çox səbəbdən də yarana bilər:
- Uşaqdakı nəfəs sayısının artması
- Daha çox nəfəs ala bilməsi üçün burun qanadlarının açılıb-bağlanması
- Qabırğa əzələləri və diaqram ətrafındakı əzələlərin sıxılıb-boşalması.
Uşaqlarda xırıltı adətən infeksiya səbəbindən yaranır. Bu səbəbdən yaxın təmasdan qaçınmalı, evdə tez-tez əllər yuyulmalıdır. Ev şəraiti təmiz saxlanılmalı, siqaret dumanı, kimyəvi hava çirkləndirici vasitələrdən uzaq durulmalıdır. Otağın nəmlilik dərəcəsi 40-45, istiliyi 22-24 dərəcə arasında olmalıdır. Maye qəbulu əvvələ nisbətən daha çox qəbul edilməlidir. Burun çirklərinin təmizlənməyi də tövsiyə verilir. Heyva çayı öskürəyin azalmasında müsbət təsirə malikdir.
Öskürəyin şiddətinə görə dərman preparatları isə yalnız pediatr müayinəsindən sonra yazıla bilər.
Öskürək uşağın yuxusunu, qidalanmağına mənfi təsir edər, nəfəs almağı sürətlənərsə, ösküək boğucu hala gələrək şiddələnərsə bu zaman vaxt itkisi olmadan pediatra müraciət edilməlidir.
Qeyd edək ki, infeksiyadan yaranan öskürək və soyuqdəymə yoluxucu olduğu üçün məktəbli uşaqların belə zamanlarda məktəbə getməsi məsləhət deyil. Xüsusilə də uşaqlarda az da olsa xırıltı varsa, bunun qarşısını şiddətlənmədən almaq daha çox müsbət effekt verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1