Dil:
Azərbaycanca
Miqren xəstəliyinin müalicəsi necə aparılır?
23 Fevral 2018 13606Miqren şiddətli baş ağrıları ilə müşahidə edilən nevroloji xəstəlikdir. Daha öncəki məqalədə miqren xəstəliyi barədə məlumat verilib. Bu dəfə isə miqren xəstələrinin müalicəsi barədə məlumat qeyd edəcəyik.
Miqren müalicəsində ilk müddət miqren xəstəsinin şikayətləri həkim tərəfində müəyyən edilir. Nevroloq bütün şikayətləri nəzərə alaraq uyğun müalicəni təyin edir. Bəzən beyin tamaqrafiyasına ehtiyac görülə bilər. Uyğun dərman müalicəsi ilə miqren krizlərini azaltmaq mümkündür. Həftədə 1 və ya 2 dəfədən çox kriz olan zaman qoruyucu müalicə də təyin edilir.
Həmçinin ağrılardan xilas olmaq üçün xəstələr miqreni şiddətləndirəcək bəzi ünsürlərdən də uzaq durmalıdırlar. Yuxu rejiminə xüsusilə diqqət etməlidirlər.
Gündəlik həyatınızda bu mövzulara xüsusilə diqqət etməlidirlər:
– Baş ağrılarının nə zaman artdığını özünüzdə qeyd etmək
– Az və ya çox yatmaq
– Stress zamanı nələr etdiyinizi dəqiqləşdirməli
– Uyğun çəkidə olmalı
– Spirtli içkilərdən uzaqlaşmalı
Miqren ağrıları zamanı ağrıkəsicilərdən çox istifadə etmək düzgün deyil. Çünki belə preparatlar daha da ağrıları şiddətləndirir.
Uyğun müalicə həkim tərəfindən təyin edilməlidir. Unutmayın ki hər orqanizm üçün fərqli miqren dərmanı yazıla bilər. Bir xəstəyə uyğun gələn dərman digər orqanizmə düşməyə bilər. Kiminsə tövsiyəsi ilə dərman qəbulu bu zamanlarda qətiyyətlə düzgün addım deyil. Əgər ağrınız çox şiddətli olursa miqren xəstəliyinin müalicəsi üçün qəbul edilən dərmanlarla yanaşı, ağrılar zamanı ağrını azaltmaq üçün bəzi ağrıkəsicilər nevroloq tərəfindən yazılır.
Miqrenin müalicəsində botoks da mühüm rol oynayır. Əgər miqren botoksu vasitəsilə baş ağrılarınızdan qurtulmaq istəyirsinizsə nevroloq Sevinc Həmidovaya müraciət edə bilərsiniz.
Xroniki olan miqren ağrıları zamanı bəzən depressiya da yarana bilir. Bu səbəbdən ağrılar daha da şiddətlənə bilər. Bu zaman miqrenlə bərabər depressiya üçün də müalicənin təyin edilməsi xəstəliyin azalması baxımından effektli olacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1