Dil:
Azərbaycanca
Hamiləlikdən qoruyucu preparatlar xərçəng yaradır
19 Fevral 2018 15423Bəzi qadınlar belə preparatlardan istifadə etməkləri orqanizm üçün böyük təhlükədir.
Bəzi qadınlar təkrar hamiləlikdən qorunmaq üçün dərmanlardan və ya spirallardan istifadə edir. Yeni araşdırmalar isə hamiləlik əleyhinə istifadə edilən dərmanların vücudu xərçəngə yoluxdurduğunu açıqlayıblar. Dərman və spiral kimi hormonal hamiləlikdən qorunma üsulları sinə xərçəngi riskini 20 faiz artırır.
Aberdeen universitetində danimarkalı qadınlar arasında aparılan araşdırma zamanı 1,8 milyon qadın 11 il ərzində nəzarətdə saxlanılıb. Bu müddətdə 11 min 517 qadında sinə xərçəngi aşkar edilib. Hormonal hamiləlik həblərindən daha öncə istifadə etmiş və ya istifadəyə davam edən qadınların bu növ xərçəngə tutulmaq riskinin 20 faizədək yüksəldiyi sübut edilib.
Araşdırmaçılar, daha öncə belə dərman preparatlarından 5 ildən az istifadə edən qadınlarda bu risk artışının görünmədiyini qeyd ediblər. Həmçinin bu dərman preparatlarından imtina etdikdən 5-10 il sonra xəstəliyə yoluxmaq riski azalmağa başlayır. Orqanizmdən asılı olaraq isə bu risk payı minimuma enir.
Ancaq qeyd edk ki, bununla yanaşı bəzi mütəxəssislər isə belə həblərin yeni buraxılışının belə riskləri artırmadığını, əksinə olaraq uşaqlığı qoruduğunu bildiriblər. Bu səbəbdən belə həblərdən istifadədən öncə ginekoloqla məsləhətləşmək vacibdir.
Belə həblərdən istifadədən öncə ümumi müayinə, təzyiq, sinə müayinəsi, qaraciyər funksiyasının yoxlanışı gərəklidir.
Həmçinin siqaretdən istifadə edən 35 yaşından yuxarı olanlar, miqren, yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkənlər həkim təyinatı olmadan belə dərman preparatlarından istifadə etməməlidirlər.
İlk 2-3 ay ərzində bəzi insanlarda qanaxma, şişkinlik, sinələrdə ağrı, cinsi istəksizlik, baş ağrısı, ürək bulantısı yarana bilər. Çünki miqren xəstələri belə dərmandan istifadə etdikləri zaman iflic riski yüksəlir.
Əgər belə həblər yay fəslində istifadə edilərsə günəş şüalarından qoruyucu kremlərdən mütləq istifadə edilməlidir.
Ancaq vaginal qanaxmalar davam edərsə bu, hansısa xəstəliyin əlaməti və ya başlanğıcı ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1