Dil:
Azərbaycanca
Gözlər nə üçün yaşarır – Nə zaman təhlükəlidir?
12 Mart 2018 14563Göz yaşarması və ya sulanmasının bir çox səbəbi ola bilər. Allergiya, soyuqdəymə, infeksiyalar, yorğunluq və s. Ancaq uzunmüddətli keçməyən göz yaşarması zamanı mütləq həkimə müraciət etmək lazımdır. Vitamin əksikliyi göz yaşarmasına səbəb olan amillərdəndir.
B2 vitamini kimi bir qrup vitaminlərin vücudda kifayət qədər olmaması göz yaşarmasına səbəb ola bilən faktorlar arasında yer alır.
Vitamin əksikliyi bir çox xəstəliyi yarada bilər. Saçların tökülməsinə və dırnaqların qırılmasına səbəb ola bildiyi kimi, vücudda mənfi dəyişikliklər yarada bilər. Göz sulanmasının ən böyük səbəbi göz allergiyasıdır. Bunun xaricində infeksiyalar da buna səbəb ola bilər.
Gözə qoyulan linzaların göz quruluşuna uyğun olmaması, gözdə əzələ gərginliyinə yol aça bilər. Linzaları taxan zamanı gözlərin artıq sulanması, gözün kornea təbəqəsini zədələyə bilər. Əgər daha sonra göz yaşarması dayanarsa, linzanın allergiya yaratdığı məlum olar.
Yorğun gözlər daha rahat yaşarır. Mütəmadi olaraq nəyəsə diqqətin yönəlməsi gözləri yora bilər. Bu səbəbdən ən az 7 saat yuxu yatmağa və arada iş zamanı fasiləyə zaman ayırın. İstifadə etdiyiniz kosmetik vasitələr də göz yaşarmasına səbəb ola bilər. Bunun üçün seçdiyiniz məhsulların keyfiyyətli olmasına əmin olun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1