Dil:
Azərbaycanca
Epilepsiya xəstəliyi nədir?
23 Fevral 2018 15444Beyində sinir sisteminin pozulmasına Epilepsiya deyilir. Beyində olan şişlər də epilepsiya krizlərinə səbəb olur. Mərkəzi sinir sistemi xəstəliyidir. Nevroloji pozuntudur. Düzgün və erkən diaqnoz qoyularsa müalicə ilə minimuma enə bilər, hətta xəstəlik tamamilə gedə bilər.
Epilepsiya müxtəlif əlamətlərlə üzə çıxır.
– Ürəkgetmə;
– Ağızdan köpük gəlməsi və ya qusma;
– Ayaqlarda gərginləşmə;
– İdarə edilmə bilməyən ayaq, əl hərəkətləri;
– Gözlərin bir nöqtəyə sabit baxması;
– Vücudun bir qismində titrəmə;
– Şüur itkisi;
– Anidən yerə yıxılma;
– Nəfəs darlığı, nəfəs kəsintisi;
– Dilini dişləmə;
– Dırnaqlarda, dodaqlarda göyərmə;
– Ağlamaq krizlərinin başlaması;
– Narahatçılıq;
– Qorxu;
– Vücudun bəzi nahiyələrində nəzarətsiz baş verən hərəkətlər.
– Genetik xarakter daşıyır – Əgər genetikada, ailədə bu xəstəlik varsa, övladda da yaranma riski yüksəkdir.
– Hamiləlik zamanı və ya sonrası yaranan beyin travmaları nəticəsində də xəstəlik yarana bilər.
– Beyin şişi
– Doğuş əsnasında körpənin oksigensiz qalması
– İflic olma
– Sinir sistemi infeksiyaları
Epilepsiyanın müalicəsi dərmanlarla aparılır. Dərmanlar baş verən krizləri 50-80 faiz nəzarət altına ala bilər. Müalicənin müddəti isə xəstəliyin şiddətinə, növünə bağlıdır. Bəzən 2-4 il bəzənsə ömür boyu müalicə davam edir.
Epilepsiya tutmaları iki cür olur. Xəstə kriz keçirən zaman fərqində olur. Bəzi epilepsiya tutmaları zamanı isə xəstə özündən gedir və olanlarda bixəbər olur. Bu zaman kriz keçirən insana zərər gəlməyəcək formaya gətirmək, öz halına buraxmaq, zərər verəcək davranışlardan uzaqlaşmaq lazımdır. Təcili tibbi yardım çağırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1