Dil:
Azərbaycanca
Oynaqlarda başlayan ağrı – Gut xəstəliyi nədir?
09 Aprel 2018 14496Kişilərdə daha çox görünən gut xəstəliyi, qadınlarda klimaks dövründə müşahidə edilə bilər.
Oynaqlarda anidən yaranan bu xəstəlik, ağrı, qızarıqlıq, şişlik əlamətləri ilə özünü biruzə verən oynaq iltihabıdır. Ayağın baş barmağında başlayır. Diz, ayaq billəyi, dirsək, əl barmağı oynaqlarına da təsir göstərir. “Varlı xəstəliyi”, “Damla xəstəliyi” olaraq da adlandırılır. Adətən ürək, piylənmə, diabet, təzyiq xəstəlikləri ilə birlikdə yaranır.
– Gecə yarısı və ya səhərə qarşı ayaq baş barmağında və ya hansısa oynaqda başlayan şiddətli ağrı
– Şişlik
– Qızartı
– Həssaslıq
Ağrının gücü o qədər olur ki, ayaq üzərinə basmaq çətinləşir hətta imkansız hala gəlir. Ayaqqabını xəstə ayağına geyinə bilməz, hətta uzanıqlıdırsa yorğanının belə toxunması ağrı verər. 12-24 saat ərzində daha da şiddətlənir. Bir neçə gün və ya həftə ərzində öz-özündən keçər.
Oynaq mayeləri araşdırılır. Qan analizi vasitəsilə ürik asid səviyyəsinə baxılır. Bəzən bununla belə xəstəliyin diaqnozu qoyulmaya bilər. Oynaq mayelərindəki lökosit miqdarı diaqnozun qoyulmasına kömək edir.
Bu xəstəliyin müalicəsi iki mərhələ şəklində aparılır. Müalicənin məqsədi gut krizlərinin qarşısının alınmasıdır. Qan, ürik asid səviyyəsini 6 mq-dan aşağıda tutmalıdır. Ağrı və iltihabın qarşısını almaq üçün verilən dərmanlar mədə qoruyucuları ilə birlikdə verilməlidir. Gut krizlərini azaltmaq və ya qarşısını almaq üçün asid istehsalını azaldan dərmanlardan istifadə edilə bilər.
Ancaq nəzərinizə çatdıra ki, bu növ dərmanlar mədə ağrısı, böyrək daşı kimi əks təsirlər verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1