Dil:
Azərbaycanca
Orqanizminizi fəsil dəyişkənliyindən balla xilas edin
16 Mart 2018 6218Fəsil dəyişən zaman insanlar tez-tez xəstəliklərə yoluxa bilirlər. Xüsusilə də soyuq qışdan sonra gələn bahar fəslində havalar isinməyə başlayan müddətdə halsızlıq, yuxu halı, yorğunluq daha çox görünməyə başlayır. Mütəxəssislər bunu, maddələr mübadiləsinin fəsil dəyişkənliyinə uyğunlaşmasından qaynaqlandığını bildiriblər.
Tərkibindəki vitamin və minerallarla zəngin olan bal maddələr mübadiləsini gücləndirərək yorğunluq, halsızlıq, yuxusuzluğa qarşı qoruyur.
Mövsüm dəyişkənliyi ən çox insanlarda depressiya, vücudun gücünün aşağı düşməsi kimi özünü göstərir.
Vitamin və mineral əksikliyi də bunu daha da artırır.
Türkiyəli mütəxəssis Ahmet Bağran Aksoy, xüsusilə bahar yorğunluğu sindromundan qorunmaq üçün bal yeməyi vacib bilib: “Ancaq əsl balın olmasına diqqət edin. Qatqısız olmalıdır. B vitamini, potasium, fosfor, sinko cəhətdən olduqca zəngindir. Enerji verici xüsusiyyəti ilə, bahar aylarında yaşanılan yorğunluq hissi ortadan qalxır”.
Göz üçün xeyirdir – Gözə təsiri olduqca böyükdür. Qaşıntı, qızarıqlıq, quru göz və göz infeksiyalarına müsbət təsir verən bal görmə qabiliyyətini də artırır.
Bal enerji verir – Qısa zamanda enerjinizi yerinə gətirir.
Əzələ yorğunluğuna faydalıdır – Xüsusilə də idmançılara tövsiyə edilir. Əzələ yorğunluqlarını müalicə edərək enerji verir və daha uzunmüddət sağlam olmasını təmin edir.
Həzm prosesini asanlaşdırır. Qastrit müalicəsində gərəkli olan hidrogen pereoksit bal sayəsində az da olsa istehsal olunur. Arıqlamağa kömək edir. Piylənmədən əziyyət çəkənlər baldan rahat istifadə edə bilərlər. Hər səhər ilıq suya limon və bal əlavə edib istifadə edildiyi zaman maddələr mübadiləsi sürətlənir və çəki itirmək daha da asanlaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1