Dil:
Azərbaycanca
Günümüzdə MRT-nin zərərli olub-olmadığı ilə bağlı çoxlu söyləntilər var. Adətən həkimlər tələb etdiyi üçün əksər insan düşünmədən MRT çəkdirirlər. Ancaq səhhət üçün nə qədər zərərli olub-olmaması barədə isə məlumatımız yoxdur.
MRT vücudun orqanlarının incə detalına qədər görünməsini təmin edir. Radio dalğaları ilə çalışır. Vücuda göndərilən radio dalğalar nəticəsində xəstəyə diaqnoz qoyulur. Nəzarətsiz və mütəmadi çəkilmədiyi müddətcə çəkilməsində heç bir problem yoxdur. Əgər çox çəkilərsə bu zaman orqanizm müəyyən radio şüalanmaya məruz qala bilər ki, bu da vücud üçün məsləhətli deyil. Məsələn, hər adi baş ağrısında çəkdirmək həkimlər tərəfindən tövsiyə edilmir.
Qeyd edək ki, bu mözuda araşdırmalar yenə də davam edir.
Elə xəstələr var ki onlara MRT icazə verilmir. Ürəyinə implant quraşdırılanlara qadağandır. Metal protez, ürək qapağından istifadə edənlərə də tövsiyə edilmir. MRT-dən öncə vücudda yerləşdirilən əlavə materiallarla bağlı həkimə məlumat verməlisiniz.
– Hamiləlik zamanı ilk 3 ayda döldə orqan inkişafı olduğu üçün MRT məsləhət edilmir.
– Vücudda hansısa tibbi maqnit varsa
– Göz daxilində yad cisim quraşdırılanlar
– Silahla yaralanmış olanların MRT edilməsi çox təhlükəlidir. Belələrinin hətta ölüm riski də yüksək olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1