Dil:
Azərbaycanca
Miopiya xəstəliyi nədir?
23 Aprel 2020 8195Miopiya, uzağı yaxşı görə bilməmək problemidir. Ən yayğın görmə qüsurlarından biridir. Bu problemi olan insanlar uzaqdakı əşyaları görməkdə əziyyət çəkərkən yaxındakıları çox yaxşı görə bilir. Genetik səbəbdən olduğu kimi ətraf faktorlar səbəbindən də qaynaqlana bilər. Adətən yeniyetməlik dövründə başlayar və zaman içində getdikcə pisləşər. Miopiya pratik şəkildə müalicə oluna bilən görmə qüsuru olub, lazer göz əməliyyatı vasitəsilə də müalicəsi mümkündür.
Diaqnozu qoyulmamış miopiya xəstələri, uzaq məsafədəki əşyaları gömək üçün mübarizə etdikləri üçün baş ağrısı və göz yorğunluğu yaşayırlar.
Miopiya ikiyə ayrılır:
Yüngül miopiya – Adətən yeniyetməlik zamanı meydana çıxar.
Pataloji miopiya – Əgər sizə bu diaqnoz qoyulursa miopiya dərəcəniz çox yüksək deməkdir. Bu miopiya növü gözün həddindən çox uzamasına, optik sinirdə dəyişikliklərə səbəb olur.
Miopiya əlamətləri ilk olaraq uşaqlıqda ortaya çıxır və yeniyetməlik dövründə pisləşir.
Miopiyanın dərəcələri də mövcuddur.
Aşağı dərəcəli miopiya: -4, -3, -2,-1, 0 və 0,75 kimi dəyərlərə sahib olan gözlər
Orta dərəcəli: -4 və -6 arasıdır. Belə şəxslərdə göz təzyiqinin görülmə riski yüksəkdir.
Yüksək dərəcəli: -6 və üstü dərəcələr. Bu, katarakta, qlaukoma riskini artırır.
Bəs miopiyanın əlamətləri nədir?
Uzağı bulanıq görmək
Baş ağrıları
Göz yorğunluğu səbəbiylə cüt görmə
Çəp baxmaq
Bir uşağın bu problemdən əziyyət çəkə biləcəyini necə anlamaq olar?
Məktəbdə yazı taxtasını görməkdə əziyyət çəkməsi
Tv-ə yaxın oturmaq
Baş ağrısı və ya yorğun gözlərdən şikayət
Mütəmadi olaraq gözləri ovalamaq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1