Dil:
Azərbaycanca
Faringit nədir?
16 Avqust 2020 12202Faringit udlağın kəskin iltihabı hesab edilir. Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslar olur. Xroniki faringitin yaranmasında qıcıqlandırıcı bəzi faktorlar rol oynayır. Onları təqdim edirik:
Siqaret
Spirtli içkilər
Allergiya
Reflüks
İsti və ya soyuq qidalar
Diş iltihabı və s.
Bəs mövcud xəstəliyin əlamətləri nədir?
Qaşınma
Öskürək
Boğaz ağrısı
Udqunmada çətinlik
Yad cismin qalma hissi
Quruluq
Faringitin növləri mövcuddur. Müalicəsi isə buna səbəb olan nüansları aradan qaldıraraq aparılır.
Kəskin faringitin virus mənşəli olduğu təsdiq edilərsə antibiotik adətən təyin edilmir, ancaq prosesə bakteriyaların da qoşulduğu müəyyən edilərsə antibiotiklərdən istifadə olunur. Əlavə olaraq ağrıkəsicilər, allergiyası olan xəstələrdə antihistaminlər, spreylər, öskürək əleyhinə preparatlar və boğaz üçün qarqaralar istifadə oluna bilər.
Xroniki faringitin müalicəsi daha mürəkkəbdir. Müalicə ilə yanaşı, xəstənin müəyyən pəhrizə də diqqət edilməlidir. Bunu isə həkim müəyyən edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1