Dil:
Azərbaycanca
Məktəb çantası alarkən bunlara diqqət edin
08 Sentyabr 2018 7208Yeni dərs ili yaxınlaşır. Düşünmədən aldığınız bel çantaları, uşaqların inkişafına mənfi təsir göstərə bilər. Bu barədə türkiyəli mütəxəssislər xəbərdarlıq edirlər.
Ağır məktəb çantaları bir sıra fiziki pozuntulara səbəb ola bilər. Məsələn, 40 kq bir uşaq üçün maksimum ağırlıq 4 kq olmalıdır.
Məktəb çantası beldə və çiyinlərdə ağrıya səbəb yaratmayacaq ağırlıqda olmalıdır. 12 yaşdan kiçik uşaqların 4, 12-15 yaş arası uşaqların da 5 kq-a qədər olan çantaları daşıya bilərlər. Ancaq belə çantalar da uzunmüddət daşınmamalıdır.
Xüsusilə onurğa inkişafı gedən 8-18 yaş arası uşaqlarda ağır bel çantasından istifadə, bel, çiyin ağrıları kimi problemlərə yol aça bilər.
Yüngül bel çantaları seçilməlidir. Bu səbəbdən çanta alan zaman boşkən olan ağırlığını nəzərə alın.
Bel hizasının 5 sm yuxarısına qədər gələn çantaları seçin. Aşağıda olması ağırlıq yarada bilər.
Yaşı böyük olan uşaqlarda isə əlavə kəmərləri olan çantaları seçin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1