Dil:
Azərbaycanca
Kosmosdan gələn bəla
29 Noyabr 2018 9210Bir sıra xəstəliklər var ki, alimlər onların kosmik mənşəli olduğunu iddia edirlər. Onlardan biri də, İİV-nin (İnsanda İmmunçatışmazlığı Virusu) yaratdığı QİÇS-dir (Qazanılmış İmmun Çatışmazlığı Sindromu).
Astrobiologiya üzrə Bukinqem mərkəzinin professoru Çandra Vikramasinqx hesab edir ki, bu xəstəlik ölümcül olmaqla yanaşı, həm də kosmos mənşəlidir.
Vikramasinqx və onun komandası hesab edirlər ki, İİV kimi superviruslar planetimizə kometlərin toqquşması nəticəsində enib. Hətta onlar iddia edirlər ki, bu virus dinozavrların da məhv olmasına səbəb ola bilərdi.
Alimlərin sözlərinə görə, İİV “yatmış yer virusu” olub və planetden kənar materialın genetik zəncirini mənimsəyərək, ölümcül xəstəliyə çevrilib.
Əlbəttə ki bu, virusun meymun mənşəli olması nəzəriyyəsini təkzib edir, ona görə də professorun tərəfdaşları azdır.
Görəsən, alimin bu nəzəriyyəsi reallıq ola bilərmi?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1