Dil:
Azərbaycanca
Kompyuter ekranına baxanda gözlərinizi tez-tez qırpın ...
22 Mart 2018 9559Gündəlik işlərin bir parçasına çevrilən kompyuter, telefonlar və hətta sosial şəbəkələr səbəbi ilə uzunmüddət ekrana baxmaq göz sağlamlığınızın pozulmasına səbəb olur.
Türkiyəli oftalmoloq Evren Baca vacib açıqlamalar verib: “Ofis ortamı , yüksək texnologiya göz sağlamlığınıza ciddi zərərlər vura bilər. Gün sonunda qızaran gözlər, yorğun baxışlar, kompyuter arxasında keçirilən vaxtın uzanması ilə edilən səhvlər daha da çoxalır. Bunlar korluğa qədər yol aça bilər”.
Bu səhvlərə diqqət edin:
Mütəxəssis Evren Baca bu barədə də danışıb.
- Göz qırpmağı unutmayın - Ekrana baxan zaman göz sayının 100-də 75 faiz azaldığını bilirsinizmi?
Kompyuter ekranına baxan zaman göz quruluğu, gözlərdə yanma, batma, qızarıqlıq, bulanıq görmək olaraq qarşımıza çıxan problemlərin qarşısını almadığımız təqdirdə daha ciddi problemlərə yol aça bilər. Gözün açıq qalma müddəti uzandıqca zərər də artır. Bu səbəblə kompyuter arxasında işləyən zaman gözlərinizin istirahəti üçün gözlərinizi tez-tez qırpın. 20 dəqiqədən bir 20 saniyə gözünüzü ekrandan çəkin. Ekran işığını düzgün tənzimləyin. Axşamlar ekranın işığını azaldın. Bu da göz sağlamlığına böyük təsir göstərir.
Vücudumuzun təxminən 100-də 60-ı sudan ibarətdir. Su miqdarı azaldıqca gözyaşı istehsalında da azalma meydana gəlir. Ancaq qışda çox su içmədiyimiz üçün bu bizim zərərimizədir. Az su içilməsi ilə birlikdə maye ehtiyacının çay və qəhvə ilə də təmin edilməsi də göz quruluğuna yol açır. Bu səbəbdən tez-tez su için.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1