Dil:
Azərbaycanca
Kişilərdə xərçəngin əlamətləri
02 İyul 2018 8001Xərçəng əlamətləri qadınlarda və kişilərdə fərqli əlamətlərlə özünü biruzə verir. Erkən diaqnoz ilə ölüm riskindən xilas olmaq üçün vücudunuzun verdiyi siqnallara diqqət göstərməlisiniz.
Xüsusilə 50 yaşdan yuxarı olan kişilərdə tez-tez idrara çıxma halları yarana bilər. Bu, prostatda meydana gələn problemin əlaməti ola bilər. Bu səbəbdən bu yaşdan sonra tez-tez prostatı müayinə etdirmək lazımdır.
Tualet ehtiyacı zamanı qanın görünməsi ilk xəstəlik əlaməti ola bilər.Bu əlamət, idrar yolu infeksiyası, bağırsaq, böyrək xərçənginin ilk göstəriciləri arasında yer alır.
Çox rastlanan xərçəng əlamətlərindən biri də səbəbsiz yorğunluq, ağrıdır. Bu vəziyyətlərdə tez zamanda həkimə müraciət edilməlidir.
Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yoluxmaq riski daha yüksəkdir.
Boyun, qoltuqaltı, digər bölgələrdə yer alan limfa vəzlərində hansısa səbəb olmadan şişlik meydana gəlirsə bunun səbəbi xərçəng ola bilər.
Udma çətinliyi, qusma, çəki itkisi kimi əlamətlər də varsa təcili həkimə müraciət etməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1