Dil:
Azərbaycanca
Kəskin Revmatik Hərarət xəstəliyi
24 Avqust 2020 13046Revmatizm yaxud kəskin revmatik qızdırma birləşdirici toxumanın iltihabi sistem xəstəliyidir.
1000 nəfər insan arasında 3 nəfərdə rast gəlinir.Bu xəstəlik ona meyilli olan 7-15 yaşlı cavanlarda inkişaf edir, qüsurlara səbəb olur.
Kəskin Revmatik Hərarət qrup A streptokokk səbəbindən udlaq infeksiyasının qeyri-suppurativ (irinsiz) ağırlaşmasıdır. Əlamət və simptomları faringitdən 2-3 həftə sonra inkişaf edir. İnkişaf etmiş ölkələrdə bu hallar daha az müşahidə edilir və bu gigiyena standartlarının yaxşılaşdırılması və kəskin faringit zamanı antibiotiklərin istifadəsi ilə bağlıdır.
Aparılan müalicənin əsas məqsədi:
Xəstəliyin kəskin simptom və əlamətlərindən əziyyət çəkən xəstələrin halının yaxşılaşdırılması...
Kəskin revmatik hərarəti olan xəstələrdə qrup A beta-hemolitik streptokokk infeksiyasının tam eradikasiyası üçün antibiotiklərlə terapiya aparılır. Antibiotik terapiyası strepkokk səbəbindən baş verən faringitin müalicəsində olduğu kimi aparılmalıdır. Xəstədə kəskin faringitin hazırda olub-olmadığı əhəmiyyət kəsb etmir. Ağır revmokarditi olan xəstələr (əhəmiyyətli dərəcədə kardiomeqaliya, durğunlu ürək çatışmazlığı və ya ürəyin 3-cü dərəcəli blokadası) ürək çatışmazlığı olan xəstələr kimi müalicə edilməlidir.
Qeyd edək ki, mövcud xəstəliyin simptomatik müalicəsinin əsasını iltihab əleyhinə preparatlar təşkil edir.
Kəskin revmatik hərarət probleminin təkrar baş verməsi riski yüksək olan xəstələrdə parenteral yəni əzələdaxili antibiotik terapiyasına üstünlük verilir. Riski aşağı olan xəstələrdə isə oral antibiotiklər istifadə edilə bilər. Eyni zamanda, 21 yaşına çatmış və təkrar keçirməmiş xəstələrdə profilaktik əzələdaxili antibiotik terapiyasının profilaktik oral antibiotik terapiyası ilə əvəzlənməsi uyğun görülə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1