Dil:
Azərbaycanca
Gözünüzdə mirvari suyu varsa...
12 Aprel 2020 6500Mirvari suyu kimi bilinən katarakta, bir çox insanın ortaq problemidir. Bu, məhz 40 yaşdan yuxarı insanlarda daha çox görülür.
Bəs müalicəsi necə aparılır?
Həkim tərəfindən oftalmoskop ilə göz müayinəsi edilir. Oftalmoskop, göz içinin ətraflı görünməsini təmin edən cihazdır. Bu sayədə göz mərcəyinin nə qədər təsir altına düşdüyü anlaşılır. Bəzən xəstənin heç bir şikayəti olmadan göz müayinəsi zamanı aşkar edilər. Katarakta, diyet və ya dərman vasitəsilə müalicə oluna bilməz. Tək çarə cərrahi əməliyyatdır.
Bu əməliyyat, inkişaf edən texnologiya ilə asanlıqla və sürətli şəkildə icra edilir. Xüsusi texnologiya ilə bulanıqlaşan hissə ultrasonik titrəyişlər nəticəsində parçalanaraq çıxardılır. Daha sonra yerinə süni linza yerləşdirilir. Təxminən yarım saat çəkər və daha sonra 3 ilə 4 həftə qədər göz damlası istifadəsi tövsiyə edilir. Hər iki gözdə katarakta mövcuddursa həkimin tövsiyə etdiyi vaxt aralığı ilə əməliyyat həyata keçirilir. Eyni anda iki gözə əməliyyat etmək olmaz. Əməliyyatdan sonra xəstəxanda qalmağa ehtiyac yoxdur.
Katarakta əməliyyatı adətən güvəniləndir, ancaq infeksiya və ya kanama riski daşıyır. Prosesdən sonra bir neçə gün pasiyent özünü narahat hiss edə bilər. Sağalma adətən 8 həftə ərzində həyata keçir.
Bəs xəstəliyə tutulmamaq üçün nələr edilə bilər?
Gözləri günəş işığından qoruyun, həmçinin günəşə diqqətlə baxmayın
Siqaretdən istifadəni tərgidin
Şəkər xəstəliyini nəzarətdə saxlayın
Düzgün qidalanın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1