Dil:
Azərbaycanca
Kəpəkdən necə xilas olmalı?
03 Oktyabr 2018 6264Qaşıntılı saç dərisinə sahib olmaq, bir çox insanın yaşadığı problemdir. Bu, olduqca narahat edən bir hissdir. Qaşıntılı baş dərisində tez-tez kəpək yarana bilər və bunun bir çox səbəbi ola bilər.
Ekzema, göbələk infeksiyası, diabet, dermatit və quru dərilər sadəcə bir neçə səbəblər sırasındadır.
Bu problemin həll olmasının bir sıra təbii çarələri var.
Gündəlik istifadə edilən şampun, saç kremi, digər saç məhsullarından istifadə vəziyyəti daha da pisləşdirə bilər. Alma sirkəsində mövcud olan asit dərinin daha sağlam və təmiz olmasına kömək edir.
1 stəkan isti su ilə 2-4 xörək qaşığı alma sirkəsini qarışdırın. Saçınızı yuduqdan sonra bu qarışımı saç diblərinizə massaj edin. Bir neçə dəqiqə gözləyin və durulayın.
Banan və avokado da müalicəvi məqsədlərdən biri hesab edilir. Bunun üçün 2 banan və 1 avokadonu qarışdırın və qarışımı baş dərisinə çəkin. 30 dəqiqə gözləyin, sonra isə su ilə durulayın. Bu maska saçların uzanmasını təmin edər və daha da parlaqlaşdırar.
Kokos yağı, qaşıntılı baş dərisi ilə mübarizə aparan digər təbii vasitələrdəndir. Kokos yağını az formada isidin, saçınıza tətbiq edin. Həftədə iki dəfə saçın üzərinə massaj edin. Yağ, problemli saç dərisini sakitləşdirir və qidalandırır.
Təmiz bal güclü antibakterial xüsusiyyətə malikdir. B2 və B5 vitaminləri ilə zəngindir. Bunun üçün bir az ilıq su ilə balı qarışdırın. Saçınızı yuyun və nəmliykən bal maskasını 2-3 dəqiqə ərzində baş dərisinə massaj edin. 3 saatdan sonra isə yuya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1