Dil:
Azərbaycanca
Kök suyunun inanılmaz faydaları
02 Aprel 2018 13257Kök suyu tərkibindəki vitaminlər səbəbindən bir çox faydalara sahibdir.
Xolestrolu aşağı salır.
Tərkibində olan potassium xolestrolun səviyyəsinin düşməsinə kömək edir. A vitamin sayəsində qaraciyərdəki yağların miqdarını azaldaraq qaraciyər sağlamlığını qorumağa yardım edir. Həmçinin qan şəkərini tənzimləyir və diabet riskini aşağı salır.
Kök suyunun içərisindəki maddələr prostat, süd vəzi xərçəngi riskini azaldır.
Dəri gözəlliyini artırır.
Tərkibindəki potasium dəri quruluğunun qarşısını alaraq dərinin nəmli qalmasına və dəridəki ləkələrin azalmasına yardım edir.
Kök suyu əmizdirən qadınlarda südün keyfiyyətini artırır. Hamiləliyin son 3 ayında istifadə edilərsə, uşaqlarda yarana biləcək təhlükəli infeksiyalara qarşı qoruyucu qalxan rolunu oynayacaq.
Arıqlamağa kömək edir.
Az kaloriyə sahib olduğu üçün pəhriz saxlayan insanlar tərəfindən istifadə edilə bilər.
Ürək xəstəliklərinə qarşı təsirlidir
Ürək xəstəliklərindən qoruyur. Həmçinin tərkibindəki vitaminlər daxili orqanların funksiyalarını yaxşılaşdırır.
Unutqanlıq üçün müsbət təsirə malikdir.
Hər gün içəcəyiniz 1 stəkan kök suyu, unutqanlıq əlamətlərini azaltmağa kömək edərək yaddaşı gücləndirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1