Dil:
Azərbaycanca
İtirilmiş enerjinizi bərpa edəcək bahar detoksu
09 May 2018 13045Bəzən gündəlik qayğılar insanın enerjisini və istəyini aşağı salır.
Türkiyəli diyetoloqun tövsiyə etdiyi detoks sayəsində həyata qarşı daha enerjili və istəkli olacaqsınız.
Belə ki, detoksla şişkinliyiniz və həzmsizlik probleminiz azalacaq, bədəniniz zərərli toksinlərdən xilas olacaq.
Təqdim edəcəyimiz detoksla yanaşı bol meyvə və tərəvəz də yemək məsləhət edilir. Məsələn, göyərtilər, razyana, yaşıl kələm və s. yemək vücudunuzun itirilmiş enerjisini bərpa edəcək.
Detoks qəbul edilən zaman qəbul etdiyiniz kafeini azaldın. Onun əvəzinə bitki çayları için. 2,5-3 litrə yaxın maye qəbul edin.Suyunuzu dadlandırmaq üçün isə içərisinə nanə və ya limon qata bilərsiniz.
Spirtli içkilərdən istifadə etməyin.
Tərləyin. Tər vasitəsilə vücudunuz toksinlərdən xilas olur. Bu səbəblə idmanla məşğul olun.
Tez yatın – detoks zamanı dincəlmək çox vacibdir. Dərindən nəfəs alıb-vermək, stresdən uzaq durmaq, hər gün ilıq su ilə duş qəbul etmək vacibdir.
Həmin sözügedən detoksu təqdim edirik:
– 1 stəkan su
– Yarım su stəkanı limon suyu
– 3-4 yarpaq türklərin roka bitkisi
– 1-2 yarpaq yaşıl kələm
– 1 orta boy alma
– 1 orta boy armud
– Yarım çay qaşığı zəncəfil
– Çox az miqdarda acı bibər.
– Qarışımı dadlandırmaq üçün bir az bal da qata bilərsiniz.
Blenderdən keçirin. Gündə 2-4 stəkan qədər için.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1