Dil:
Azərbaycanca
İspanağı bu qaydada yesəniz çox faydalıdır
16 Mart 2018 9748Hər dərdə dəva olduğu söylənilən ispanaq, vitamin cəhətdən olduqca zəngin vitamin qaynağıdır. Tərkibindəki minerallar və vitaminlər sayəsində çox keçmiş zamanlardan bəri bir çox xəstəliyin müalicəsində istifadə edilib. Qış aylarında rahatlıqla istifadə edə biləcəyiniz ispanaq, bişirilərək ya da çiy olaraq yeyilə bilər.
Bişirilən zaman müddətinə diqqət yetirmək vacibdir. Çox bişirilsə tərkibindəki vitaminin itməsinə səbəb olur. İspanaq kkalorisi və yağ miqdarı aşağı olan bir tərəvəzdir. Bu xüsusiyyəti ispanağı çəki itirməyə yardım edəcək hala gətirir.
Həzm sistemi üçün faydalıdır. Həmçinin qəbiz olanlar bu göyərtidən çox yeməlidirlər.
Son zamanlar mütəxəssislərin apardığı araşdırmalar ispanağın mədə və dəri xərçənginin qarşısını almağa kömək etdiyini sübut ediblər.
Tərkibindəki A vitamini sayəsində göz sağlamlığınızı da qoruya bilərsiniz.
Həmçinin digər faydaları da mövcuddur:
- Beyni və zehni açıq tutar.
- Ürək xəstəliklərinə xeyirdir.
- Ürək-damar problemlərin aradan qaldırılmasında yardım edir.
- Qan təzyiqini tənzimləyir.
- İnfeksiyadan yaranan xəstəliklər zamanı effektlidir.
- A,C,E və K vitamini ilə zəngin olduğu üçün dəri xəstəlikləri zamanı da təsirlidir.
- Sümükləri qoruyur.
- Miqren, baş ağrıları, astma kimi xəstəliklərə müsbət təsir göstərir.
- Diş problemlərinin həlli zamanı effektlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1