Dil:
Azərbaycanca
İp attanmağın faydaları
11 Dekabr 2018 9283İp attanmaq kalori yandırmağın ən effektiv üsuludur. Kilo və yaş fərqinə görə dəyişə də bilər, amma 1 dəqiqə ip attamaqla 10-20 kalori yandıra bilərsiniz. 15 dəqiqə attanmaqla 150-300 kalori yandırmaq olar.
Əgər sağlamlıqla bağlı problemininiz yoxdursa və sağlam qidalanırsınızsa, bu üsulla arıqlaya bilərsiniz. İp attanarkən əzələləriniz işləyəcəyi üçün proteinlə zəngin qidalar yeməyinizə diqqət edin. Diyeta ilə dəstəkləsəniz qarın və bel bölgəsində incəlməyə səbəb olacaq.
Bu idman vasitəsilə qıç, qarın, çiyin, kürək və qol əzələləriniz aktiv olaraq işləyir.
İp attanmaq ürək ritmini stabilləşdirir, ürək-damar xəstəlikləri riskini azaldır. Əzələləriniz işlədiyi üçün daha gümrah olursunuz və metobalizmanın sürətli çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1