Dil:
Azərbaycanca
İşimiz təbiətin şıltaqlığına azacıq düzəliş verməkdir
16 May 2018 23480Nə qədər ki insan gözəllik
görməyə qadirdir o, qocalmayacaq!
Frans Kafka
İnsanlar tarix boyu xarici görkəmlərinin gözəl olmasını arzulayıb və bu gözəlliyi qorumaq üçün bir çox üsullara əl atıblar. Lakin heç nə, o cümlədən gözəllik də əbədi deyil. İllər keçdikcə yaş öz sözünü deyir və bu özünü insanın simasında və vücudunda göstərməyə başlayır. Bu cür dəyişikliklər əksər insanların ciddi narahatlığına səbəb olur, bəzən psixoloji problemlərə gətirib çıxarır. Lakin tibbi texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə xarici görkəmdə olan qüsurları aradan qaldırmaq heç bir çətinlik yaratmır. Yəqin ki, söhbətin plastik cərrahiyyədən getdiyini anladınız.
Əməkdaşımız plastik və estetik cərrah, “Medera” hospitalının plastik cərrahiyyə şöbəsinin müdiri Günel Bayramlı ilə görüşüb. Həkimlə müsahibəni diqqətinizə çatdırırıq:
– Özüm haqda danışmağı o qədər də sevmirəm. Qısaca onu deyə bilərəm ki, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, Türkiyədə “Ankara Qazi” universiteti tibb fakültəsinin “Plastik, estetik və rekonstruktiv cərrahiyyə” kaferdarsında plastik cərrah olaraq çalışdım. Daha sonralar əldə etdiyim biliklərimi doğma vətənimdə tətbiq etməyə başladım. Bu günə kimi gördüyünüz klinikada çalışıram.
– Əvvəla onu deyim ki, tibb tarixində insanların plastik cərrahiyyəni tətbiq etmədikləri bir dövr olmayıb. Məsələn, eramizdan əvvəl 1600-cü ildə qədim Misirdə insan vücudu üzərində rekonstruktiv cərrahiyyə əməliyyatları aparılıb. Papirus üzərindəki, yazılar isə ilk texnologiyaların hələ eramızdan 3000 il əvvəl tətbiq olunduğunu göstərib.
Eramızdan əvvə 800-cü ildə Hindistanda artıq alın və yanaq dərisindən istifadə edərək burun düzəldilməsi əməliyyatları həyata keçirilirdi. Çoxları rinoplastikanın (burun əməliyyatı) müasir bir metod hesab edir, lakin bu, əsla belə deyil. Şərq ölkələrində rinoplastika əməliyyatlarını 1000 il əvvəl tətbiq etməyi bacarırdılar. Bütün bunlar onu göstərir ki, bəşər övladı daim gözəl görünməyə can atıb və buna nail olmaq üçün müxtəlif üsüllar axtarıb.
Bu gün plastik cərrahiyyə demək olar ki, dünyanın hər yerində, eləcə də Azərbaycanda geniş tətbiq olunur. Mənə müraciət edən xanımların, hətta kişilərin sayı kifayət qədərdir. İnsanları əsl gözəlliyin nə olduğunu dərk edir və ona dəyər verməyi bacarırlar. Bu, məni həm bir xanım, həm də mütəxəssis kimi sevindirməyə bilməz.
– Ən çox tələb olunan əməliyyatlar sırasına rinoplastika, liposaksiya, mamoplastika, liftinqin müxtəlif növlərini aid etmək olar. Bundan başqa, dodaq plastikası, estetik boyun cərrahiyyəsi, qulaq estetikası, qol estetikası, bud nahiyyəsi plastikası, genital estetika və digər estetik əməliyyatlar klinikamızda uğurla həyata keçirilir.
– Bütün cərrahhi müdaxilələrdə olduğu kimi, təbii ki, burada da göstərişlər və əks-göstərişlər var. Ümumiyyətlə, plastik əməliyyatı 18 yaşdan yuxarı istənilən insana tətbiq etmək olar. Əməliyyatdan əvvəl pasiyentlə ətraflı söhbət aparılır, anamnez toplanılır və cərrah əməliyyatın mümkün olub-olmaması haqqında qərar verir. Bundan başqa, əməliyyatdan sonrakı mənzərə və mümkün ağırlaşmalar diqqətə çatdırılır. Cərrahi müdaxilədən sonra müəyyən ağırlaşmaların olması təbiidir. Lakin həkimin göstərişlərinə ciddi əməl edilərsə, pasiyent tezlikə adət etdiyi həyat tərzinə qayıdır. Həm də gündən-günə təkmilləşən texniki imkanlar cərrahi prosedurun risklərini minimuma endirib. Məsələn, liposaksiya əməliyyatında istifadə etdiyimiz Amerikanın yeni “Vaser Lipo” aparatının bir çox texniki üstünlükləri var. Onlardan biri də əməliyyatın tamamilə ağrısız, qansız və təhlükəsiz keçməsinin təmin olunmasıdır.
– Düzdür, gün ərzində əməliyyatlar enerjimin çox hissəsini aparır, yoruluram. Lakin ixtisasımla bağlı yenilikləri izləmək də fəaliyyətimin ayrılmaz hissəsidir. Ona görə də mütəmadi olaraq müxtəlif kurslarda, seminarlarda iştirak edirəm.
– Əlbətdə ki, öncə zəngin nəzəri və praktik biliklər vacibdir. Daha sonra böyük səbr, çünkü plastik əməliyyat yüksək dəqiqlik tələb edən bir prosesdir. Bundan başqa, gərək insanların nə istədiklərini tam başa düşüb, onlara nə verə biləcəyini aydın şəkildə izah edə biləsən. Qarşındakı insan sənə vücudunu etibar edir, həkim bunun nə dərəcədə böyük məsuliyyət olduğunu başa düşməli və pasiyentin dostuna çevrilməlidir. Məncə bu, çox psixoloji bir məqamdır.
– Əvvəllər bəzən belə hisslər olurdu. Amma əməliyyatdan sonra pasiyentlərin üzündəki xoşbəxt təbəssümü gördükdə bütün tərəddüdlər bir anda yoxa çıxır. Həm də plastik cərrah təbiətə qarşı çıxmır, onun şıltaqlıqlarına kiçik düzəlişlər verir (gülür).
– Hamıya gənclik və gözəllik arzulayıram, həm daxili həm də xarici. Daxili aləmə sirayət etmək psixoloqların işidir, amma xarici gözəlliyinizdə problem yaranrsa, istənilən vaxt bizə müraciət edə bilərsiniz. Sizin gözəlliyiniz bizim peşəmizdir!
– Səmimi söhbət üçün təşəkkürümü bildirirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1