Dil:
Azərbaycanca
Hormonal dəyişiklikləri göstərən əlamətlər
28 May 2018 10856Hormonal pozuntular zamanı bədən, ruh sağlamlığı mənfi təsirlənir.
Vücudun tam sağlam olması üçün hormonlar normal çalışmalıdır.
Hormonlarınızın normal çalışıb-çalışmadığını bu əlamətlərlə öyrənə billərsiniz.
Endokrinoloqlara görə, stress, yorğunluqla yanaşı, tez-tez yaşadığınız baş ağrılarınızın səbəbi aşağı düşən ostrogen səviyyəsi ola bilər. Bunlar yumurtalıqlarda istehsal olunan qadınlıq hormonları və beyin, onurğa iliyinə nəzarət edir.
Ostrogenlər yumurtalıqlarda yaradılan beyindəki və onuğa iliyindəki metobalizm müddətinə nəzarət edən hormondur. Bu səbəbdən miqren yarana və ruh halı mənfiyə doğru dəyişə bilər.
Özünü yorğun hiss etmək müəyyən hərəkətlərdən sonra normal vəziyyətdir. Əgər dincələn zaman belə özünüzü yorğun hiss edirsinizsə bu normal hal hesab edilmir. Mütəxəssislər, xroniki yorğunluğun tiroid hormonları ilə əlaqəli olduğunu bildiriblər.
Saçlar tökülürsə bu da hormonal pozuntuların əlaməti ola bilər. Belə ki, gündəlik 100 tükün tökülməsi normal qəbul edilir. Ancaq 100-dən artıq tökülürsə bu artıq problemin mövcudluğuna işarətdir.
Süd vəzilərinin quruluşunda olan dəyişikliklər hormonal pozğunluğun əlamətlərindəndir. Həcm, böyüklüyündə dəyişikliklərə məruz qalır. Həmçinin süd vəzində sərtliklər yarana bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1