Dil:
Azərbaycanca
Hipertəzyiq xəstəliyi nədir?
26 May 2018 8229Hipertəzyiq bir çox insanın çəkdiyi əziyyətdir. Türkiyəli kardioloq Ali Soner Demir, yüksək təzyiq haqqında vacib məlumatları diqqətə çatdırıb.
Yüksək təzyiq ürək, böyrək, iflic kimi bir çox xəstəliklər əlaqəli ola bilər. Dünyada hər 10 insandan 3-ü bu problemdən əziyyət çəkir.
Normal qan təzyiq dəyərləri ən yüksək 120, aşağı isə 80 olmalıdır. Bunlar normal qan təzyiqinin göstəriciləridir.
28 yaşdan yuxarı kişilərin 100-də 49-da, qadınların isə 56 faizində qan təzyiqi yüksəkliyi müşahidə edilir.
İldə ən az bir dəfə müayinədən keçirilməlidir.
Müalicəsi mümkündür, ancaq bu ömür boyu edilməlidir. Müalicə zamanı istifadə edilən dərmanlarla qan təzyiqi normal həddə düşə bilər ancaq müalicə kəsilərsə göstərici yenə əvvəlki dəyərlərə dönəcək.
Bu səbəbdən müalicəyə ara verilməməlidir. Bəzi zamanlarda bu, böyrək xəstəliyi və hormone artışı ilə əlaqəli ola bilər.
Hipertəzyiq beyin qanaması, iflic, ürək çatışmazlığı, infarkt, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər.
İstifadə edilən dərmanlar asıllıq yaratmaz. Sadəcə bəzi zamanlarda miqdarını düzgün təyin etmək gərəkli ola bilər.
Mütəxəssislər hər xəstəyə individual dərmanların təyin olunmalı olduğunu bildirib.
Hər dərmanın özünəməxsus əks təsirləri ola bilər. Bu barədə həkiminizlə məsləhətləşməlisiniz. Ancaq ümumi olaraq dərmanlardan əldə edilən yarar, zərərdən daha çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1