Dil:
Azərbaycanca
Hansı meyvələrin çəyirdəkləri zəhərləyir?
03 Sentyabr 2018 8543Bəzi meyvələrin çəyirdəyində mövcud olan və son dərəcə zəhərli maddə olan “amigdalin”, bağırsaqlarda həll olunaraq “siyanid”in yaranmasına yol açır. Çox tez toksik təsir göstərən bu maddə, ani uşaq ölümlərinə belə yol aça bilər.
Yaz-yay aylarında xüsusilə uşaqların ya da ana namizədlərinin sevərək istifadə etdiyi həmin meyvələrin çəyirdəklərini yeməmələri tövsiyə edilir. Mütəxəssislər açıqladığı zəhərli çəyirdəyi olan meyvələri təqdim edirik:
Bir çox meyvənin çəyirdəyində mövcud olan və son dərəcə zəhərli maddə olan amigdalin bağırsaqlarda siyanidin ortaya çıxmasına şərait yaradır.
Xüsusilə xəstənin nəfəsindəki acı badam qoxusu, alınan qanın analizinin parlaq qırmızı olması, qan şəkərinin yüksəlməsi zəhərlənmə əlaməti ola bilər.
Zəhərlənmənin ortaya çıxması ilə birlikdə, sürətli şəkildə meydana çıxan tənəffüs yolu problemi, təzyiqin düşməsi, ürəkgetmə, qızdırma, göyərmə kimi hallar yarana bilər. Tənəffüs durana qədər dərinin rəngi qırmızıya çevrilər, göz bəbəklərində genişlənmə baş verə bilər.
Ağız yolu ilə meydana çıxan zəhərlənmələrdə həmin şəxs qusdurulmamalıdır. Zəhərləyən qidanın nə olduğu tapılmalıdır.
Xüsusilə uşaqların, ailə üzvlərinin xəbəri olmadan meyvə çəyirdəklərini çıxarma və yemə riski diqqətə alınmalı və lazımi tədbirlər görülməlidir.
Həmçinin yaz-yay aylarında uşaqların ya da ana namizədlərinin, başda ərik olmaq üzrə acı badam, gilas,şaftalı və alma çəyirdəklərindən istifadə etməsi zəhərlənmələrə yol aça bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1