Dil:
Azərbaycanca
Hansı məhsulları soyuducuda saxlamaq olmaz?
20 Avqust 2018 6833Qidaların xarab olmasının qarşısını almaq üçün soyuducuda saxlayırıq. Soyuducuda olsa belə bəzi qidalar düzgün şəkildə saxlanılmalıdır.
Soyuducuda saxlanılan sarımsaq aromasını itirəcəyi üçün uyğun saxlama ortamı seçilməlidir. Sarımsağın özünəməxsus qoxusunun itməməsi üçün quru, qaranlıq yerdə saxlamalısınız.
Soyuducuda saxlanılan pomidorlar həm qısa müddətdə yumşalacaq, həm də özlərinəməxsus forması itə bilər.
Sarımsaq kimi bütün rəflərə qoxu yayma təhlükəsi olan soğanları sərin və quru yerdə saxlamaq daha məqsədəuyğundur.
Qarpız içindəki antioksidanların itməsini istəmirsinizsə kəsilməmiş qarpızları soyuducuda saxlatmamalısınız.
Almaları soyuducuda çox saxlamaq tövsiyə edilmir. Çünki çox qaldığı zaman almalar vitaminlərini itirə bilər.
Un məmulatlarının dadlarının itməməsi üçün soyuducuda saxlamaq məsləhət deyil.
Ballar da quru və sərin yerdə saxlanılmalıdır. Çünki soyuducuda dadını itirə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1