Dil:
Azərbaycanca
Hamiləlikdə yaranan belə ağrıları – Səbəb və müalicə
18 May 2018 11081Hamiləlikdə ana namizədinin vücudunda, müxtəlif dəyişikliklər meydana gəlir. Bu dəyişkinliklərin bir qismi problemsiz şəkildə həll olunan zaman, bəziləri isə ciddi narahatçılıqlara səbəb olur. Bu narahatçılıqlardan ən çox rast gəlinəni bel ağrıları və ayaq kramplarıdır.
Əksər ana namizədi, hamiləlik müddətində bel ağrısı problemləri çəkir. Adətən hamiləliyin 4-cü ayınan başlayır. Ağrının ən çox hiss edildiyi yer, adətən aşağı nahiyələr olur.
Ayaq ağrıları isə son 3 ayda daha da şiddətlənir.
Ağrıların səbəbi tam olaraq bilinməsə də son aylarda alınan çəkilərin səbəb olduğu zənn edilir.
Hamiləlikdə yaranan bel ağrılarının əsas səbəbləri:
Artıq çəki: əksər ana namizədləri hamiləlik müddətində 10-15 kq kimi kökəlirlər. Onurğanın bu kilonun təzyiqi altında qalması bel ağrısına səbəb ola bilər.
Hormonal dəyişikliklər: Hamiləlikdə bütün hormon sistemində bir sıra dəyişikliklər yaranır. Xüsusilə profestron və relaxin hormonunun istehsalı, bud sümüyü və onurğanın oynaq yerlərində genişlənməyə səbəb olur. Bu da bel ağrısı yaradır.
Stress: Stresin artdığı vəziyyətlərdə əzələ spazmaları sıxlaşır. Bu ağrılar xüsusilə bel və boyun hissəsində ağrıya səbəb ola bilər.
İsti və soyuq su tətbiqi – isti məhrəba və kompreslər ya da soyuq ediləcək bəzi tədbirlərlə ağrını azalda bilərsiniz. Ancaq öncə həkiminizlə məsləhətləşməlisiniz.
Fizioterapiya – Bel nahiyənizdə əzələ spazmalarının azaldılması və o hissənin gücləndirilməsi üçün fizioterapiya və massaj adətən faydalı təsir edir. Bu hissədə isə mütləq şəkildə məlumalı olmalı əks hərəkət etməməlisiniz. Həmçinin massajlar professional tərəfindən edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1