Dil:
Azərbaycanca
Hamiləlikdə ishalın səbəbləri nədir?
21 İyul 2018 39738Hamiləlik zamanı bir çox problemlər meydana çıxır. Bunlardan biri isə ishaldır. Hamiləliyin ilkin zamanlarından hormon dəyişiklikləri ilə bağlı olaraq maddələr mübadiləsi pozularaq, sinir sistemi, həzm sistemində bir sıra dəyişikliklər baş verə bilər. Yüksələn hamiləlik hormonları ishal və qəbizlik kimi həzm sistemi problemlərinə yol aça bilər.
Gündə 3 dəfədən çox bağırsaqlarda boşalma varsa, idrar normadan daha çox sulu və qoxuludursa, qarın ağrısı varsa, bu ishal deməkdir. Hamiləliyin ilk aylarında ishal hormonal dəyişikliklər səbəbilə ortaya çıxır. Uzunmüddət davam etmədiyi müddətcə problemli hal deyil.Xüsusilə doğuş yaxınlaşdıqca bağırsağın hərəkətləri daha çox artır.
Hamiləlik səbəbilə meydana gələn hormonal dəyişikliklər
Düzgün qidalanmamaq
Hamiləlik zamanı qəbul edilən dərman əlavələri
Müxtəlif stres faktorları
Həmçinin hamiləliklə əlaqəli olmayan virus, bakteriya, qida zəhərlənməsi və bənzər səbəblər ishala səbəb ola bilər.
Bu zaman bol maye qəbul edilməlidir. Çünki ishal, maye itkisinə səbəb olur. Bu səbəbdən maye itkisini bərpa etmək gərəklidir.
Yağlı qidalar, süd və süd məhsulları, yüksək lifli qidalar ishala səbəb yarada bilər. İshal zamanı bu növ qidalardan qaçınmalısınız.
Kartof, düyü, banan, kök, təbii qatıq yeməklə ishalı azalda bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1