Dil:
Azərbaycanca
Hamilə qadınlar oruc tuta bilər?
11 İyun 2018 9835Ramazan ayında oruc tutmaq istəyən ana namizədləri üçün hamiləlik zamanında bunun mümkün olub-olmamaqları sual altındadır. Mütəxəssislərə görə hamiləlikdə oruc tutmamaq daha doğrudur. Çünki hamilə qadınlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Meyvə, tərəvəz, taxıl qrupu, ət və süd məhsulları həkimlər tərəfindən tövsiyə edilən menyüdür.
Hamiləlik zamanı ana namizədləri daha çox qida və mayeyə ehtiyac duyulur. Ana namizədinin kifayət miqdarda kalori, protein, vitamin və mineral ehtiyaclarının qarşılanması döl üçün çox vacibdir.
Hamiləlikdə tutulan orucun ümumi olaraq zərəri olmaması barədə məlumatlar olsa da bunun tam əksi vəziyyət də müşahidə edilə bilər.
İştahda azalma meydana gələ bilər.
Baş gicəllənmə, qarın ağrısı, mədədə bulantı kimi problemlər meydana gələ bilər.
Hamiləlikdə oruc tutan ana namizədlərinin uzunmüddət ac qalması səbəbindən uşaqlarda çəki problemi yarana bilər.
Maye ehtiyacının qarşılanmaması ilə birlikdə amniyon mayesinin azalması və bununla bağlı olaraq düşük riskinin artması mümkündür.
Aclıqların uzun çəkməsi qan şəkərinin düşməsinə səbəb olur ki, bu da halsızlıq, əsəbilik, baş dönməsi yaradır.
Qastrit problemi yaşayan ana namizədlərinin uzunmüddət ac qalması nəticəsində mədə həddindən çox asid istehsal edir.
Təzyiq problemi yaşayan hamilələrin oruc tutmaqları daha çox narahatçılıq yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1