Dil:
Azərbaycanca
Həyatınızı xilas edəcək çaylar
15 Sentyabr 2018 7518Mütəmadi istifadə edilən bitki çayı arıqlamağa kömək edir həmçinin insan sağlamlığını qoruyur. Protein və mineralların artmasına müsbət təsir göstərir. Buna xarici ölkələrdə, “yaşam kürü” də deyilir.
Maddələr mübadiləsini sürətləndirir
Qan dövranını tənzimləyir
Gün ərzində enerji olmağınıza kömək edir.
Toksinlərdən xilas edir.
Mütəmadi istifadə etdiyiniz zaman 2 ayda vücudunuz bərkiyir.
Tərkibi gilas sapları və cəfəridən ibarətdir. Həzmi asanlaşdırır.
Bundan başqa myan kökü, avokado yarpağı, darçın, mixək, limon, melisa, zəncəfil, zərdəçal, kekik, razyana, dəfnə yarpağı, çobanyastığı, yaşıl çay, çörəkotundan da çaylar hazırlanaraq istifadə edilə bilər.
Təbii ki bütün bu bitkilər bir çayda istifadə edilmir. Həftəlik olaraq bölünərək istifadə edilir.
Birinci həftə vücudunuzu toksinlərdən təmizləmək üçün müəyyən bitkilərdən hazırlanmış çaydan istifadə etməlisiniz. Bu səbəbdən cəfəri, gilas sapı, avokado yarpağı, myan kökünü ilk həftələrdə istifadə edə bilərsiniz.
İkinci həftə isə zərdəçal, nanə, limon, zəncəfil, kekikdən istifadə edə bilərsiniz. Çünki bu çaylar enerji verəcək.
Üçüncü həftə isə arıqlamağa kömək edən bitkilərdən istifadə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1