Dil:
Azərbaycanca
Hər bahalı eynək keyfiyyətli deyil
15 May 2018 7246Havalar istiləşdikcə gün eynəklərindən istifadəçilərin sayı artıb.
Əksər insan günəş eynəklərindən daha çox görünüş üçün istifadə etdiklərindən gözlərə zərərli olub-olmadığına diqqət yetirmirlər. Ancaq eynəklər sadəcə günəşli havalarda deyil, buludlu havalarda da istifadə etmək gözlər üçün əhəmiyyət kəsb edir.
Günəş şüalarında insan gözləri üçün zərərli olan ultrabənövşəyi radiasiya mövcuddur. Həmçinin bu radiasiyada kiçik miqdarda D vitaminini yaradan xüsusiyyət də var. Ancaq belə şüalar dəridə yanıq izləri, qızarıqlıqlar buraxa bilər. Bu səbəbdən doğru eynəklərin seçimi çox mühümdür. Şüaları özündə saxlayıb gözə ötürməyən eynəklərdən uzaqlaşmalısınız. Əks halda günəş şüaları daha tez qocalmağınıza, dəridə səpkilərin də yaranmasına yol aça bilər. Eynəkləri optikadan almağa üstünlük verin.
Uşaqların eynəkdən istifadə etməsinə isə xüsusi diqqət yetirin. Çünki onlarda erkən yaşda allergiya meydana çıxa bilər. Bu səbəbdən eynəkdən istifadə uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Əgər günəşı qarşı uşaqlarda allergiya varsa bu zaman eynəklə yanaşı papaqlardan da istifadə edin.
Eynəyin ultrabənövşəyi şüalardan qoruma dərəcəsi, şüşəsinin tündlüyü, hazırlandığı ölkə qiyməti ilə aşkar edilə bilməz. Düzdür, ucuz eynəklərin əksəriyyətinin şüşəsi triasetat adlı maddədən hazırlanır ki, bu da günəş şüalarından 40 faizlik qoruyur. Ancaq eynə də bahalı çox keyfiyyətlidir mənasını daşımır. Adətən markanın özünün satdığı məkanlara üz tutmağınız tövsiyə edilir. Çünki adi mağazalar baha qiymətinə keyfiyyətsiz eynəklər sata bilərlər.
Eynəyin ilk olaraq 100 faizlik qoruyuculuğunu yoxlayın.
Göz ətrafını tutması və şüalardan daha çox qoruması səbəbi ilə geniş çevrəli modellər seçilməlidir.
Tünd şüşələr zərərli şüalardan daha çox qoruyur fikri yanlışdır, kifayət qədər qoruyan şüşələrdən istəniləni seçilə bilər.
Güvənilən optik mağazalardan eynəklər alınmalıdır.
Şüşəsinə əllə vurulduqda adi oyuncaq kimi görünürsə bu onun keyfiyyətinin aşağı olduğundan xəbər verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1