Dil:
Azərbaycanca
Gündə 4 fincan qəhvə içməyin faydaları
07 İyul 2018 640020 min insanın qatıldığı araşdırmada gündə 4 fincan qəhvənin içilməsinin ölüm riskini azaltdığı ortaya çıxıb. Tədqiqatda 25-60 yaşlı 20 min insan iştirak edib. Həyatlarına isə 10 il ərzində nəzarət edilib.
Mütəxəssislər qəhvənin tərkibində antioksidan olduğunu bunun isə ürəyə çox faydalı olduğunu dilə gətiriblər. Bu antioksidan həmçinin xərçəng xəstəliyindən qoruyur. İçilən qəhvə miqdarı 2 fincan artdıqca ölüm riski də 22 faiz düşür. Gündə 4 fincan qəhvə içmək isə ölüm riskini 64 faizə qədər endirir.
Keçən ay 520 min insanın iştirakı ilə bir sıra araşdırmalar aparılıb. Araşdırmalardan sonra məlum olub ki, qəhvə qaraciyər funksiyalarını artırır, iltihabı azaldır, immun sistemini gücləndirir.
Tədqiqatı idarə edən həkim Adela Navarro, günsə qəhvə içməyin insan sağlamlığı üçün əhəmiyyətindən bəhs edib.
Bununla yanaşı mütəxəssislər həddindən çox qəhvə içməyin düzgün olmadığını da qeyd ediblər. 0,4 qramdan çox qəhvənin içilməsi tövsiyə edilmir. Bu da gündə 5 fincan espresso və 4 fincan hazır qəhvə deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1