Dil:
Azərbaycanca
Günəş yağının dəri üçün faydaları
13 İyun 2018 9308Son illərdə dəri xərçənginin artmasının əsas səbəblərindən biri günəş şüalarına həddindən çox məruz qalmaqdır.
Mütəxəssislər bu baxımdan günəş kremlərindən istifadəni vacib hesab edirlər.
Dərinizi qidalandırır – Günəş yağından istifadə edərək dərinizi zərərli ultrabənövşəyi işıqlardan qoruya bilərsiniz. Həmçinin dərinizin qidalanmasını təmin edə bilərsiniz. Ancaq bu məqamda yağı alacağınız yerlər əsas təşkil edir. Mütəxəssis həkimlər tərəfindən tövsiyə edilən yerlərdən alınmalıdır.
Günəş yağı məhsullarının tərkibində yer alan maddələrə diqqət etməlisiniz. Tərkibindəki kimyəvi maddə bəzən faydadan çox zərər verə bilər.
Əgər hansısa bitkiyə qarşı allergiyanız varsa bu sizin üçün zərərli ola bilər. Bu baxımdan belə tərkibli yağlardan uzaq olmağınızda fayda var.
Dəri sağlamlığını qoruyur. Bu barədə araşdırmalar aparılıb. Nəticələrə görə, günəş yağı istifadəçilərinin 24 faizi daha gec yaşlanır.
Kremlər dərinizi günəşdən gələn ultrabənövşəyi şüalardan qoruyur. Bəzi belə kremlərin tərkibində A və B vitaminləri mövcud olur.
Günəş yağları vasitəsilə günəş yanıqlarından da xilas ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1