Dil:
Azərbaycanca
Günəş şüalarının faydaları nədir?
28 May 2018 12169Mütəxəssislər daima günəşin zərərlərindən bəhs edirlər. Ancaq xatırlamaq lazımdır ki, günəşin bir çox xəstəlik üçün yaxşılaşdırıcı xüsusiyyəti mövcuddur.
Ancaq son dövrlər hava kirliliyi ilə əlaqədar olaraq günəş şüaları da dəri ilə təmas zamanı istənilməyən ləkələr yarada bilir. Bu səbəbdən də şüalar insanlar üçün zərərə çevrilib.
İlk olaraq günəş D vitamini qaynağıdır. Əgər zərərli şüalara qarşı qorunularsa, faydasından yararlana bilərsiniz. Xüsusilə də uşaqların inkişafı üçün günəş əsas şərtlərdən biridir. Sümükləri qoruyaraq, inkişaf etdirir.
Xərçəngə qarşı qoruyur.
İmmunitet sistemini dəstəkləyir və gücləndirir.
Beyinin yaşlanmağının qarşısını alır.
Astma xəstəliyinin simptomlarını aşağı salır.
Qan təzyiqini aşağı salır. Dəriniz şüalara məruz qaldığı zaman nitrik oksit adlı maddə yaranır. Bu da qan təzyiqini aşağı salır. Bu araşdırmalar zamanı məlum olub.
Sədəf, ekzema, sarılıq, göbələk və digər dəri xəstəliklərindən qoruyur. Həmçinin bu maddə də araşdırmalar zamanı təsbit edilib. 4 həftə ərzində günəş şüalarını qəbul edən insanın sədəf xəstəliyindən qorunmaq riski 100-də 84 faizdir.
Bununla yanaşı isə yuxu keyfiyyətini artırır. Beyin melantonini artırır. Melantonin maddəsi isə insanın rahatlaşmasını və dincəlməsini təmin edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1