Dil:
Azərbaycanca
Gözlərinizi bahar allergiyasıdan qoruyun
18 Aprel 2018 7301Bahar ayları bir çox insan tərəfindən ən gözəl fəsil olaraq adlandırılsa da , allergiyası olanlar üçün çətin zamanın başlanğıcıdır. Bu allergiyadan ən çox təsirlənən orqanlardan biri də gözlərdir. Türkiyəli oftalmoloq Neslihan Astam göz allergiyası olanlar barədə məlumat verib.
Allergiya astma, allerjik rinit kimi bir çox xəstəliklərlə birlikdə ortaya çıxa bilər. Gözlərdə qızarıqlıq, qaşıntı, yanma, batma hissi, gözlərdə şişkinlik kimi əlamətlər ortaya çıxa bilər. Bununla yanaşı burun axıntısı, asqırmaq, tıxanıqlıq kimi allerjik əlamətlər ortaya çıxa bilər.
Dərman müalicəsi zamanı göz damlalarından istifadə edilir.
Qaşıntı olarsa mütləq şəkildə kompres edilməlidir və ya soyuq su ilə yuyulmalıdır. Qaşıntını azaltmaq, həmçinin müalicə cəhətdən uğurlu nəticə əldə etməyə kömək olacaq.
İşıq həssaslığı olanlar günəş eynəyindən və papaqdan istifadə edilməlidir.
Çox uzunmüddət açıq havada qalmamalıdır.
Uzunmüddət ekran arxasında qalınmamalıdır. Hansısa kitablar, qeydlər diqqətlə yaxından oxunmamalıdır.
Göz damlalarından düzgün istifadə ediləcək gözlər nəmləndirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1