Dil:
Azərbaycanca
Gözlərin saralmasının səbəbləri
22 İyun 2018 22749Gözlər daxildə gedən proseslərin xaricə verdiyi reaksiyadır. Hansısa xəstəliyin diaqnozu aşkar edilən zaman gözlərin əhəmiyyəti böyükdür. Bunlardan biri də gözlərin saralmasıdır. Atədən yorğun və halsız olan zaman gözlər sarala bilər.
Göz saralması həmçinin xəstəliyin əlaməti olaraq da üzə çıxa bilər. Əgər qanda bilirubin həddən çoxdursa gözlərdə saralma yarana bilər.
Qaraciyər xəstəliklərin əlamətləri arasında gözlərdə saralma müşahidə edilə bilər. Saralma ilə yanaşı həzmsizlik, halsızllıq, yorğunluq, görmə və eşitmədə zəiflik kimi əlamətlər də yarana bilər.
Əgər şəxsdə hepatit A xəstəliyi varsa, ilk əlamətlər sırasında gözlərdə saralmanı qeyd edə bilərik.
Xalq arasında sarılıq olaraq bilinən bu xəstəlik qaraciyərin iltihablanması nəticəsində meydana gəlir. Cinsi münasibət və qan vasitəsilə yoluxa bilər.
Hepatit B virusu da sarılıq xəstəlikləri arasında yer alır. Qaraciyərdə yaranan iltihablar bir müddətdən sonra qan axışını pozaraq qaraciyər hüceyrələrinə zərər verər.
Bu xəstəliyin əlamətləri sırasında gözdə və dəri rəngində saralmalaq yarana bilər.
Sirroz xəstəliyi də ciddi xəstəlikdir və yoluxan insanın xilas ola bilməsi aşağı ehtimaldır. Xronik qaraciyər xəstəliyidir. Qaraciyər hüceyrələrinin bir müddət sonra ölməsi nəticəsində bu xəstəlik yaranır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1