Dil:
Azərbaycanca
Gözaltı şişliklərin yaranma səbəbləri
09 İyun 2018 12585Gözaltı torbaları gözaltı şişliyi olaraq da bilinir. Vücudun ən çox diqqət çəkən hissəsi məhz gözaltı nahiyyədir. Bu hissədə yaranan şişliklər şəxsi xəstə, yorğun, yaşlı görsədir. Bu vəziyyətin müxtəlif səbəbləri ola bilər.
– Genetik;
– Allergiya;
– Yuxusuzluq;
– Böyrək xəstəlikləri;
– Qocalma;
– Hamiləlik;
– Xronik sinüzit;
– Tiroid vəzinin çox çalışması;
– Göz ətrafında yaranan şişliklər;
– Göz qapaqlarının iltihablanması;
– Həddindən çox duzlu yemək.
Çay dəmi, kartof, soyuq qaşıq kimi üsullarla bunun qarşısını almaq mümkündür.
Bunun üçün kartofu halqa formasında kəsib gözaltı hissələrinə qoya bilərsiniz. Və ya rəndədən keçirib həmin hissəyə qoya bilərsiniz. Şişliyiniz bitənə qədər 3-5 dəqiqə qədər təkrarlaya bilərsiniz.
Yaşıl, qara çay poşetlərini atmaq əvəzinə göz şişliklərində istifadə edə bilərsiniz. Bunun üçün poşeti 15 dəqiqə ərzində saxlayın.
Vücudda su azlığı da göz ətrafında şişliklərin yaranmasına səbəb ola bilər. Bunun üçün duzlu qidalardan uzaqlaşın və bol maye qəbul edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1