Dil:
Azərbaycanca
Göz sağlamlığı üçün lazımi vitaminlər
24 Avqust 2020 24239İnsan orqanizmində bütün orqanlar əhəmiyyətli həyati rola malikdir. Bu səbəbdən düzgün qidalanma əsas şərtdir.
Gözləri qorumaq insanın hər yaşında vacibdir.
Bəs hansı qidalar gözlər üçün mühümdür?
Gözlər üçün vacib vitaminləri təqdim edirik:
Kök, gözlər üçün vacib tərəvəzlərdəndir. Kökün tərkibində olduqca çox A vitamini mövcuddur. Bu da göz sağlamlığı üçün vacibdir. Kataraktanın qarşısını alan vitamin qaynağıdır.
Qaranlıqda belə daha yaxşı görməyiniz üçün hər zaman kök yeməyiniz tövsiyə edilir.
Əgər gözünüzdə yeni başlayan katarakta varsa bu zaman kök yeməyiniz tövsiyə edilir. Bu zaman xəstəliyin sürətini azaltmaq mümkündür. Yumurta sarısı, portağal, göbələk də A vitamini ilə zəngindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
Gözlər üçün digər faydalı vitaminlərdən biri də C vitaminidir. Portağal,kivi, çiyələk kimi meyvələrdə, həmçinin brokoli və bibərin də tərkibində mövcuddur. Antioksidant qaynağıdır. Aparılan araşdırmalara görə, bu vitamin kataraktanın azalmasına kömək edir.
Diabet xəstələri gözlərini C vitamini ilə qoruya bilər. Yetərli miqdarda qəbul edilən vitamin diabet xəstələrinin gözlərini zərərli maddələrdən uzaq tutur. C vitamini şəkər xəstəliyinin sinirlər və damarlar üzərindəki mənfi təsirlərini və verəcəyi zərərlərin qarşısını alır.
Göz sağlamlığı üçün mühüm vitaminlərdən biri də E vitaminidir.
E vitamini antioksidantdır. Badam, yer fıstığının tərkibində zəngindir.
B2 vitamininin əksikliyinə diqqət edin. Maddələr mübadiləsinin düzgün fəaliyyəti üçün B2 vitaminə ehtiyac vardır. Əksikliyi zamanı həzm sistemi, mədə, böyrək, saç, dəri problemləri ilə qarşılaşıla bilər. Qaraciyər, süd, qatıq, pendir, kök, alma, əncir, balıq və s tərkibində bol miqdarda B2 vitamini yer alır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1