Dil:
Azərbaycanca
Bu qidaları soyuducuda saxlamayın
25 Sentyabr 2018 9328Müxtəlif qidalar, hətta ətirlər belə soyuducuya qoyulur. Ancaq bu vəziyətin istisnaları da mövcuddur. Belə ki soyuducuda saxlanılması zərərli olan məhsulların adlarını təqdim edirik:
Əksər insan pozulmaması üçün pomidorları soyuducuya qoyur. Ancaq burda saxlamaq onların dadının pozulmasına səbəb olur. Sürətlə yumşalmağa başlayır. Yeni bakteriyalar yaranır. Bu cür istifadə edildiyi zaman isə sağlamlıqla bağlı problemlərə də yol aça bilər.
Soyuducuda saxlanılan kartofun dadı və quruluşu tez zamanda pozula bilər. Yavaş-yavaş pozulmağa başlasa da görüntüsündə bir fərqlilik yaranmaz.
Soğanla birlikdə sarımsaq da quru və sərin yerlərdə saxlanılmalıdır. Soyuducuda saxlanılarsa təsirini itirə bilər.
Şokolad immunitet sisteminin güclənməsinə kömək edə bilər. Bu və digər şirin un məhsullarını isə soyuducuya qoymaq onların ləzzətinə təsir edər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1