Dil:
Azərbaycanca
Evdə detoks necə edilir?
12 May 2018 7302Arıqlamaq, təmizlənmək detoksları çox eşidirik. Ancaq bunun mənasından xəbərdarıqmı?
Detoks ruhi, fiziki təmizllənmədir. Ruhi və fiziki təmizlənmələr üçün zaman ehtiyac vardır. Detoksdakı məqsəd vücudu zərərli toksinlərdən xilas etməkdir. Vücud mayelərinin asidləşməsinin qarşısını almaqdır.
Digər məqsədlərindən biri isə daha sağlam olmaqdır. Hər insan öz ehtiyacına uyğun edə bilər. Normal insanın bağırsağında çox sayda lazımsız maddələr mövcuddur. Bunlar toplanan zaman isə qidaların bədəndən normal şəkildə əmilməsinin qarşını alaraq toksinə çevirir.
Detoksun tətbiqindən əvvəl bilməyinizin vacib olduğu məqamlar mövcuddur. Öncə stresdən mümkün qədər uzaq durmaq lazımdır. Çünki stress bədənin normal fəaliyyətinə maneə olur. Detoks isə əksinə olaraq bədənə enerji verir.
İnsanların xaricdən aldığı zərərlər zamanla yorğunluğa, halsızlığa çevrilir. Bunun nəticəsində də qəbizlik, artıq çəki yaranır. Bunları yaşamamaq üçün bəzi vərdişləri insan həyatında mütəmadi tətbiq etməlidir.
Detoksa başlamazdan öncə həkimə müraciət etməyiniz tövsiyə olunur. Çünki bilmədiyiniz narahatçılığınız ola bilər hansı ki bu, detoksa əngəldir.
Evdə detoks necə edilir? Sualının cavabına hər gün bol su içərək başlaya bilərsiniz. Gündə ən az 2 litr su için. Bu detoksdan əlavə vücudun hər hüceyrəsi üçün çox vacibdir.
Duzu yeməklərinizdən azaldın. Ya imtina edin ya da xeyli miqdarda azaldın. Əgər azalda bilmirsinizsə, mütləq şəkildə əvəzinə başqa ədviyyatlardan istifadə etməlisiniz. Acı bibər belə ədviyyatlardan biri ola bilər.
Sosiska, kolbasa kimi gərəksiz, zərərli qidaları menyunuzdan tamamilə çıxardın.
Əgər spirtli içkilərdən istifadə edirsinizsə tərgitməlisiniz. Qaz içkiləri də meyvə şirələri ilə əvəzləyə bilərsiniz.
Qidalanmanızda ləpələr, qatıq, süd, yumurta kimi qidaların olmasına diqqət yetirin.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1