Dil:
Azərbaycanca
Estetik əməliyyat üçün ən ideal zaman hansıdır?
04 Aprel 2018 7780Yay fəsli yaxınlaşır. Bu səbəbdən estetik əməliyyata müraciət edənlərin sayı artıb.
Bu barədə Türkiyəli estetik cərrahı Mesut Özcan məlumat verib. O, estetik əməliyyat üçün vaxt seçiminə diqqətlə yanaşmağın vacib olduğunu bildirib.
Soyuq havalar zamanı insanlar daha qalın geyindikləri üçün vücud qüsurlarını gizləyə bilirlər. Havaların istiləşməyi ilə birlikdə artıq çəkilər, qüsurlar gözlə görünən hala gəlib.
Mütəxəssis bu mövsümdə qarın əritmə, qol, ayaq cərrahiyyəsinin ən çox edilən əməliyyatlardan olduğunu vurğulayıb.
Əməliyyat zamanı bir neçə qüsurlardan eyni anda xilas olmaq mümkündür. Ancaq bundan əvvəl pasiyentin sağlamlıq vəziyyətinin necə olduğu araşdırılmalıdır.
Mütəxəssislər payız, qış fəslinin hər növ estetik əməliyyatlar üçün ideal zaman olduğunu qeyd ediblər.
Çünki əməliyyatlardan sonra müəyyən göyərmələr, ləkələr yarana bilər. Bunun getməsi üçün isə zaman tələb olunur. Qış fəslində müəyyən uyğun vasitələrlə bu izləri gizlətmək mümkündür. Ancaq isti aylarda isə əməliyyatlı nahiyəni qorumaq, ləkələri gizlətmək demək olar ki mümkün olmur.
Bütün estetik əməliyyatlardan sonra dincəlmək əsas şərtdir. Həmçinin bu zaman günəşin şüalarından da qorunmaq lazımdır. Günəş şüaları qanaxmalara, verilən formanın pozulmasına, hansısa ləkələrin yaranmasına səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1