Dil:
Azərbaycanca
Dietoloqdan Yenil il tövsiyyələri
22 Dekabr 2017 19062Yeni il yaxınlaşır və hamımız tezliklə bayram süfrəsinə əyləşəcəyimiz günü gözləyirik. Yeni il axşamı çalışırıq ki, süfrəmizə çoxlu naz-nemət düzək. Bəs, görəsən, bütün bu qidaları necə qəbul edək ki, səhhətimizə ziyan dəyməsin. Buyurun, dietoloqdan 8 məsləhəti oxuyun.
1. Bayram süfrəsi - əla bir şeydir, doğmalarla bir araya gəlmək üçün gözəl fürsətdir. Lakin təəssüf ki, süfrə açanda tez-tez israfçılığa yol verir və həddindən artıq qidalanırıq. Odur ki, 31 dekabr günü səhər və günorta yeməklərini yeyin ki, axşam vaxtı çox acımayasınız.
2. Ovuclarınızı birləşdirin, alınan həcm qidalanacağınız yeməklərin həcmini göstərəcək – soyuq qəlyanaltılar, isti yeməklər və içkilər daxil!
3. Yeyəcəyiniz yeməkləri əvvəlcədən boşqabınıza qoyun. Bu, qəbul edəcəyiniz yeməklərin miqdarını müəyyənləşdirməyə kömək edəcək.
4. Əgər hər hansı sevdiyiniz, lakin orqanizmə ziyan olan bir yeməkdən vaz keçə bilmirsinizsə, o zaman onu maksimum dərəcədə məhdudlaşdırın.
5. Bayram süfrəsində yeyə biləcəyiniz xörəklərdən daha artığını hazırlamayın. Çünki tərkibində müxtəlif əlavələr olan bəzi yeməklər səhərə kimi xarab ola bilər.
6. Mayonezin ziyanından nə qədər danışılsa da, bayram süfrəsini onsuz təsəvvür etmək çətindir. Əlacınız kəsilərsə, o zaman istifadə edəcəyiniz mayonezin miqdarını maksimum dərəcədə məhdudlaşdırın və ya onu başqa sousla əvəz edin.
7. Əlbəttə ki, Yeni il süfrəsinə adətən spirtli içkilər də qoyulur. Həkim mövqeyindən danışsaq, spirtli içkilərin ən optimal miqdarı sıfıra bərabərdir – həm miqdar, həm də dərəcə baxımından. Lakin bu, çoxları üçün absurd sayıla billər. Belə olan halda alkohollu içkiləri məhdud dozalarda qəbul edin.
8. Bayram günü bütün vaxtı masa arxasında keçirmək tövsiyyə olunmur. Yaxşı olar ki, arada bir hərəkət edəsiniz, havaya çıxasınız və ya rəqs edəsiniz. Belə bayram xatirənizdə uzun müddət yaşayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1