Dil:
Azərbaycanca
Diş ağartmağın təbii üsulları
22 May 2018 8119Zaman çərçivəsində dişlərin saralması normal hesab edilir. Diş ağartmaq üçün professional müalicə ilə yanaşı diş məcunlarının da effektini görmək üçün.
Kiçik bir qaba qabartma tozunu qoyun. Yarım limonun suyunu sıxıb qabın içinə tökün. Qabartma tozu və limon suyunu qarışdırın. Qarışımdan ehtiyacınız qədər olan miqdarı diş fırçanızın üstünə tökün. Yüngül formada dişərinizi fırçalayın. Bir dəqiqə gözlədikdən sonra çalxalayın. Bu üsulu bir ay ərzində həftədə bir dəfə təkrarlayın.
Qabartma tozu və kokos yağı da digər üsullardan biridir.
Lazım olanlar:
– 1 çay qaşığı qabartma tozu
– Yarı çay qaşığı kokos yağı
Kiçik bir kasaya 1 çay qaşığı qabartma tozu qoyun və yarım çay qaşığı kokos yağı əlavə edin. Məcun halına gələnə qədər qarışdırın. Bu məcunla dişlərinizi fırçalamaq üçün bir diş fırçasından istifadə edin. Daha sonra ağzınızı yaxşı çalxalayın. Yaxşı nəticə əldə etmək üçün dişlərinizi bu qarışımla həftədə iki dəfə edin.
Banan qabığı ilə də dişlərinizi ağarda bilərsiniz. Bunun üçün qabığı dişlərin üzərinə çəkin. Bu üsulu həftədə 2-3 dəfə təkrarlayın.
İki və ya üç böyük çiyələyi əzib məcun halına gətirin. Çiyələk əzməsini dişlərinizə diş fırçası yardımı ilə tətbiq edin. Üç ilə beş dəqiqə arasında gözləyib ağzınızı su ilə çalxalayın. Bu qarışımı həftədə bir dəfə tətbiq edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1