Dil:
Azərbaycanca
Dərinizdə qaşıntı varsa... Eqzema xəstəliyi nədir?
28 Mart 2018 21980Eqzema fərqli səbəblərlə ortaya çıxa bilən dəridə qızarıqlıq, qaşıntı kimi əlamətlərlə ortaya çıxan dəri xəstəliyidir. Ən çox bilinən növü isə allergiyalı eqzemadır. Tibdə dermatit olaraq adlandırılan xəstəlik uşaqlara da ciddi şəkildə təsir göstərir. İlkin diaqnoz və müalicəyə tez başlaması vacibdir.
Eqzemanın xronik halı, qaşıntılı olaraq özünü göstərir. Həmin nahiyənin qaşınması ilə birlikdə tez zamanda çatlayan qalın dərilər də yaranmağa başlayır. Xəstəliyin akut formasında isə dəridə maye dolu qabarcıqlar olur. Bununla yanaşı qızarıqlıq, qaşıntı, şişkinlik də müşahidə edilir.
Orqanizmdən asılı olaraq fərqli səpkilər də yarana bilər.
– Şiddətli qaşıntı;
– Qızarıqlıq, yanma hissi;
– Dəridə qabıqlanma – Bəzi növlərdə dəri qalınlaşaraq qabıq verir;
– Rəng dəyişikliyi yaranır;
– Dəridə çatlaqlar yaranır.
Yoluxucu xəstəlik deyil. Fərqli nahiyələrə sürətlə yayıla və ya xəstəlik yenidən təkrarlaya bilər.
Eqzemaya səbəb olan səbəblər müxtəlifdir və tipinə görə fərqlidir. Xarici və daxili səbəblərdən qaynaqlana bilər. Bəzi sabunlar, paltarlar, parfümlər, kremlər, yuyucu tozlar ekzema yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1