Dil:
Azərbaycanca
Dərinizə təbii vasitələrlə qulluq edin
31 İyul 2018 7650Dəri baxımı bütün qadınların diqqət etdiyi əsas nüansdır. Dəri qulluq vasitələrindən istifadə etmək istəmirsinizsə, həmçinin sabun da dərinizi qurudursa, səhərləri üzünüzü uşaq şampunu ilə yuyun. Daha sonra isə nəmləndirici olaraq avokadodan istifadə edin. Bir neçə dəqiqədən sonra isə su ilə durulayın.
Təbii nəmləndirici olaraq süddən istifadə edin. Üzünüzü yuyun. Bir qəhvə fincanına süd doldurun. Pambıq köməkliyi ilə üzünüzə və boynunuza çəkin. 10 dəqiqə gözləyin. Südün yaxşıca dərinizə əmilməsini gözləyin.Daha sonra isə yuyun. Südün tərkibində olan yağ üzünüzü nəmləndirməyə kömək edəcək.
Mövsüm meyvələrindən də istifadə edərək üzünüzə qulluq edə bilərsiniz.
Çiyələk, alma, banan, avokado, üzüm dərini bərpa edir, nəmləndirir. Yumşaq avokadonu krem halına gətirərək, digər meyvələri də rəndədən keçirərək və ya əzərək üzünüzə çəkə bilərsiniz. Quruyana qədər gözləyib, daha sonra yuya bilərsiniz. Bununla dərinizin nəmləndiyini görəcəksiniz.
Dərinizi zədələmədən makiyajınızı təmizləyə bilərsiniz. Kremlər,göz sürmələri dərinizin hava almasının qarşısını alır. Bu səbəbdən mütləq şəkildə yatmazdan öncə təmizləməyiniz kifayətdir. Makiyajınızı badam yağı ilə asanlıqla çıxara bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1