Dil:
Azərbaycanca
Çənə sümüyü əriməsinin səbəbləri
16 Oktyabr 2018 18604Çənə sümüyü əriməsi müxtəlif səbəblərdən meydana gəlir. Müalicə olunmayan diş əti iltihabı, diş çəkilməsi və istifadə olunan protez dişlərə lazımi qulluğun göstərilməməsi kimi problemlər çənə sümüyünün əriməsinə səbəb ola bilər. Bu problem yaşla əlaqədar sümüklərin kövrəkləşməsi ilə də meydana gəlir.
Təbii olaraq dişlər diş ətinin daxilində yerləşir, çənə sümüyü isə qida çeynəməklə əlaqədar olaraq aktiv şəkildə hərəkətdə olur. Ağızda dişlərin əskik olması nəticəsində bu sümük kifayət qədər aktiv olmur. Çənə sümüyü əriməsi fərdi xarakter daşıyır. Səbəblərinə gəldikdə isə, aşağıdakı kimi sıralanır:
Diş çəkilməsindən sonra çənə sümüyü aktiv olaraq işləmir. Diş ətləri açılmağa başladıqda sümükdə ərimə meydana gəlir.
Müalicə olunmayan diş əti xəstəlikləri diş ətindən çənəyə sıçraya bilər. Nəticədə çənə sümüyündə ciddi problemlər əmələ gəlir.
Diş protezlərinin doğru istifadə olunmaması çənə əriməsinə gətirib çıxara bilər.
Diş ətində meydana gələn şiş və kistalar çənə sümüyü ərimiəsini ortaya çıxarda bilər. Bu şişlər əsasən üst köpək dişlərində meydana gəlir. Ordan digər dişlərə və çənə sümüyünə sıçrayır. Bu vəziyyət isə sonda çənə sümüyü əriməsinə gətirir.
Diş qıcama problemi də çənə sümüyü əriməsinə və dişlərin itirilməsinə səbəb olur.
Travma sonrası xəsarət görmüş çənə sümüyü vaxt itirilmədən doğru müalicə olunmazsa, sümük əriməsi bunun nəticəsində də əmələ gələ bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1