Dil:
Azərbaycanca
Dəridə yaranan səpkilər zamanı nə etməli?
30 May 2018 13744Ötən məqaləmizdə qabarmaların bəzi zamanlarda xəstəliklərin xəbərçisi olduğunu bildirmişdik. Bu zaman isə xəstəlik müalicə olunduqdan sonra isə qabarmalar da öz-özündən keçər.
Dəri quruluğunun altında yatan səbəb dərinin quruluğudursa bu zaman nəmləndirici kremlər istifadə edilir.
Bu vəziyyətdə dəri daima nəmli formada qalmalıdır. Dərinin nəm miqdarı yüksək olduğu zaman, qabarma problemi yaşanmaz.
Göbələk xəstəliyindən yaranan səpkilər zamanı isə müəyyən kremlər yaraların üzərinə çəkilməlidir. Qaşıntının azalması üçün ilıq duş qəbulu gərəklidir. Bununla da vücud rahatlayır.
Psixoloji vəziyyətlər dəridə bir sıra qabarmalar, səpkilər yarada bilər. Bu zaman yoqa və ya hansısa nəfəs hərəkətləri edərək özünüzə yardım edə bilərsiniz.
Qabarmalara səbəb olan allerjik maddələr insandan-insana dəyişir. Bəzi simptomlar isə hər kəsdə eyni ola bilər. Bəzi kosmetik vasitələr, paltarların parçası, toz kimi maddələr allergiyanın ortaya çıxamasına səbəb yarada bilər.
Bununla yanaşı hansı maddələrə qarşı allergiyanızın olduğunu bilmək üçün allerji testi verə bilərsiniz.
Vacib xəstəliklərin xəbərçisi baş verərsə və uzunmüddət davam edərsə, zaman itirmədən həkimə müraciət etməlisiniz. Altında yatan səbəblərə görə, fərqli müalicə üsulları tətbiq oluna bilər. Adətən simptomları aradan qaldırmaq üçün dərman müalicəsi tətbiq edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1